"Nərmin Quliyeva işində" məhkəmə-tibbi ekspertizasının rəyi - İLKİN SÜLEYMANOVUN HƏQİQƏTLƏRİ
2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi Leybə və əmisi Lətif Quliyevvlərin üvindən məmmalı şəkildə itkin düşən və 2020-ci il yanvarın 6-da amansızcasına qətlə yerildiyi iddia ediln 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi avqustun 24-ü saat 16:00-da keçiriləcək.
Azadmediatv.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsi davam etdiriləcək.
İzləyicilərin xahişi ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 №-li rəyini təqdim edirik.
Belə ki, məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli T63/2020 №-li rəyini ilə müəyyən edilmişdir ki, Quliyeva Nərmin Şərif qızının meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beynin əzilməsi və baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 05 ədəd). Qeyd edilən xəsarətlər həyatidirlər, çox güman ki, hər hansı bir geniş səthə malik bərk küt əşya ilə (əşyalarla) ən azı beş zərbənin təsiri nəticəsində əmələ gəlmişlər. N.Ş.Quliyevanın baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyalari və morfolojı əlamətlərini nəzərə alaraq demək olar ki, sağ alın-təpə nahiyəsindəki xəsarətin istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya və bir qədər sağdan-sola; sağ təpə nahiyəsində olan xəsarərtin istiqaməti yuxarıdan-aşağıya və sağdan-sola; sol təpə nahiyəsində olan iki xəsarətin istiqamətləri yuxarıdan-aşağıya, bir qədər arxadan-önə, soldan-sağa; sol təpə-gicgah nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdan-aşağıya və soldan-sağa doğru olmuşdur. N.Ş.Quliyevanın meyitində aşkar olunmuş baş beynin əzilməsi, baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yaraları, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin xətti sınıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır. Digər xəsarətlər dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur.
N.Ş.Quliyevanın baş nahiyəsində olan xəsarətlərin xarakterini və morfolojı əlamətlərini nəzərə alaraq demək olar ki, bütün bu xəsaratlər qısa zaman kəsiyində baş verdiyindən onların hansı ardıcıllıqla yetirildiyini təyin etmək mümkün deyildir. N.Ş.Quliyevanın baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfolojı əlamatlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər.
Nərmin Quliyevanın meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarına görə demək olar ki, o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş olmuşdur.
Nərmin Quliyevanın baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və ağırlığını nəzərə alaraq demək olar ki, bu xəsarətləri aldıqdan sonra N.Ş.Quliyevanın sərbəst və məqsədyönlü hərəkətlər (hərəkət etmək, qışqırmaq, köməyə çağırmaq və s.) etmək iqtidarında olması inandırıcı deyil.
Nərmin Quliyevanın ölümünə səbəb kəllə əsasına keçən təpə və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. Meyitin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi.
Nərmin Quliyevanın meyitindən götürülmüş qanda və daxili üzv hissələrində məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
Nərmin Quliyevanın meyitinin vəziyyətinə (hipertermik qaciması hesabına “boksçu vəziyyəti”), xarici, daxili müayinəsinə və laborator tədqiqatların nəticələrinə əsasən demək olar ki, onun bədənində yüksək hərarətin təsirindən (alovla yanmaqdan) əmələ gəlmiş müxtəlif dərəcəli (kömürləşməyə qədər) yanıq sahələri həyati deyil, meyitin yandırılmasi nəticəsində əmələ gəlmişdir.
Quliyeva Nərmin Şərif qızının xarici cinsiyyət üzvləri (böyük və kiçik cinsiyyət dodaqları, qızlıq pərdəsi), o cümlədən aralıq nahiyəsi, anal dəliyi və ətraf sahə yüksək hərarətin təsirinə kəskin məruz qaldığından qızlıq bəkarətinin tamlığının pozulub-pozulmaması, ölümündən əvvəl təbii və ya qeyrı-təbii yolla cinsi əlaqədə olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Eyni zamanda, N.Ş.Quliyevanın meyitinin daxili müayinəsi zamanı uşaqlıq yolunda və düz bağırsağın girəcəyinə yaxın sahədə hər hansı bir travmatik dəyişiklik müəyyən edilmədi. Quliyeva Nərmin Şərif qızının uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tampon və 02 ədəd yaxmanın məhkəmə-bioloji tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı.
Quliyeva Nərmin Şərif qızının meyitinin müayinəsi zamanı, onun bədənində yol-nəqliyyat hadisəsinə, mexaniki asfiksiyaya xarakterik zədələr və ya izlər aşkar olunmadı.
Quliyeva Nərmin Şərif qızının meyiti yüksək hərarətin təsirinə kəskin məruz qaldığından onun yuxarı və aşağı ətraflarının hər hansı bir predmetlə (ip, məftil və s.) bağlamağa xarakterik zədə və ya izləri aşkar etmək mümkün olmadı.
Quliyeva Nərmin Şərif qızının meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabı dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq şəraitdə saxlanılması və müəyyən müddət az qida qəbul etməsinin göstəricisidir.
Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin, meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar.
06 yanvar 2020-ci il tarixdə Tovuz rayonu Dondar Quşcu kəndində aşkar edilmiş və yanmaya məruz qalmış Quliyeva Nərmin Şərif qızının meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfolojı xüsusiyyətlərinə əsasən N.Ş.Quliyevanın meyitində olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqinda məhkəmə-tibbi nöqteyi-nəzərdən fikir söyləmək mümkün deyil.
Bundan başqa həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Nərmin Quliyevanın əlin üzərində və əlin digər sahələrində azacıq parıltılı, bozumtul-gümüşü rəngli boyaya oxşar maddə hissəcikləri qeyd olunur. Nərmin Quliyevanın qulaq seyvanında olan dəliklər (sırğalıqlıq) zədəsiz, qırtlaqda hisəbənzər maddə hissəciyi yoxdur, qıda borusu boşdur və divarları təmizdir, mədə, sidik kisəsi, nazik və yoğun bağırsaq boşdur, uşaqlıq tam inkişaf etməmişdir, boşdur, zədəsizdir, düz bağırsaqda və uşaqlıq yolunda travmatik dəyişliklik yoxdur, bütün orqanları yerindədir, ağciyər ocaqlı pnevmoniya, atelektaz (araşdırma zmanaı müəyyən edilmişdir ki, atelektazın yaranmasının iki növü vardır: 1. Obstruktiv atelektaz-hava yollarındakı qismən müəyyən vasitə və ya əşya ilə tıxanması, bağlanması nəticəsində yaranır. 2. Nonabastrüktiv atelektaz - Yetərincə hərəkətsiz vəziyyətdə yatağa bağımlılık) və emfizema ocaqları vardır.
Təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2020-ci il tarixli T252/2020 №-li rəyi ilə müəyyən edilmişdir ki;
1. N.Ş.Quliyevanın meyitinin müayinəsi zamanı baş beynin əzilməsi və baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan, kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin iki ədəd xətti sınığı, sağ və sol təpə, sağ alın-təpə və sol təpə-gicgah nahiyələrinin əzilmiş yaraları (cəmi 05 ədəd) aşkar edilmişdir. Qeyd edilən xəsarətlər, çox güman ki, hər-hansı bir geniş səthə malik bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. N.Ş.Quliyevamn baş nahiyəsindən götürülmüş dəri parçalarının tibbi-kriminalistik tədqiqi zamanı, onların üzərində aşkar edilmiş yaraların kənarlarında və divarlarında dəmir metal izləri (3 valentli dəmir ionlarına dəlalət„, edən dənəvər xarakterli yaşılımtıl rənglənmələr) aşkar olunmadı. Lakin dəri parçalarında çürümə əlamətlərini nəzərə alsaq, bu nəticə nisbi sayıla bilər. N.S.Quliyevanın meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, bu xəsarətlər çox güman ki, hər-hansı bir geniş səthə malik bərk-küt əşyanın (əşyaların) təsirindən, ola bilsin, bu xüsusiyyətə malik hər-hansı bir daş parçası (məsələn, səthi geniş və nisbi hamar olan çay daşı, taxta parçası və sair) əmələ gəlmişlər, lakin bu xəsarətlərin hər-hansı bir dəmir parçası ilə yetirilməsi isə az inandırıcıdır.
2. N.Ş.Quliyevanın baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyalari və morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, sağ alın-təpə nahiyəsindəki xəsarətin istiqaməti öndən-arxaya, yuxarıdan- aşağıya və bir qədər sağdan-sola; sağ təpə nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdan-aşağıya və sağdan-sola; sol təpə nahiyəsində olan iki xəsarətin istiqamətləri yuxarıdan-aşağıya, bir qədər arxadan-önə, soldan-sağa; sol təpə-gicgah nahiyəsində olan xəsarətin istiqaməti yuxarıdan-aşağıya və soldan-sağa doğru olmuşdur. N.Ş.Quliyevanm meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyaları və istiqamətlərinə görə demək olar ki, o, xəsarətləri alan zaman müxtəlif duruş (uzanmış, yarıuzanmış, oturmuş və ya ayaqüstə vəziyyətdə) və xəsarətləri yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, baş nahiyəsində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş olmuşdur. N.Ş.Quliyevanm baş nahiyəsində aşkar edilmiş xəsarətlərin forma, xarakteri və morfoloji əlamatlərini nəzərə alaraq güman etmək olar ki, bu xəsarətlər eyni bir alətlə yetirilmişlər.
3-4. N.Ş.Quliyevanın meyitinin müayinəsi zamanı onun xarici cinsiyyət üzvləri (böyük və kiçik cinsiyyət dodaqları, qızlıq pərdəsi), uşaqlığın girəcəyi, aralıq, anal dəliyi və onun ətrafı yüksək hərarətin təsirindən tam yanıb kömürləşmiş vəziyyətdə olmuşdur. Bu səbəbdən xarici cinsiyyət üzvlərində, aralıq nahiyəsində və arxa keçəcəkdə hər-hansı bir travmatik dəyişikliyin olub-olmaması, o, cümlədən qızlıq pərdəsinin pozulub-pozulmamasını təyin etmək mümkün olmadı. Eyni zamanda N.S.Quliyevamn meyitinin daxili müayinəsi zamanı onun uşaqlıq yolunda və düz bağırsağın girəcəyinə yaxın sahədə hər-hansı bir travmatik dəyişiklik müəyyən edilmədi. Həmçinin N.Ş.Quliyevanın uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 02 ədəd tampon və 02 ədəd yaxmanın məhkəmə-bioloji tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Buna görə də, N.Ş.Quliyevanın ölümündən əvvəl təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı.
5. N.Ş.Quliyevanın meyitinin müayinəsi zamanı onun hamilə olmaması aşkar edilmişdir. Eyni zamanda müayinə zamanı onda hamiləlik prosesinin keçirilməsinə dəlalət edən əlamətlər müəyyən edilmədi.
6. Meyitin hissələrinin antropometrik ölçülərinin müəyyənləşdirilməsi adətən şəxsiyyətin identifıkasiyası üçün aparılan müayinədir. Meyit ilkin olaraq 2009-cu il təvəllüdlü N.Ş.Quliyevanm meyiti kimi ekspertizaya təqdim edilmişdir (naməlum meyit deyildir). Həmçinin meyitin ilkin ekspertizası zamanı N.Ş.Quliyevanm bədən hissələrinin ölçüləri təyin edilmədiyinə görə hal-hazırda bu suala cavab vermək mümkün deyildir.
7. N.Ş.Quliyevanın meyitinin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi.
8. N.Ş.Quliyevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin morfoloji xüsusiyyətlərinə əsasən N.Ş.Quliyevanm meyitində olan yanıq sahələrinin alovun təsirindən hansı müddət ərzində yaranması (o cümlədən meyitin bu vəziyyətə hansı müddət ərzində düşməsi) haqqında məhkəmə-tibbi nöqteyi-nəzərdən fıkir söyləmək mümkün deyil. Bu məsələ hüquqi müstəvidə (istintaq yolu ilə) həll oluna bilərdi. Eyni zamanda aparılmış istintaq eksperimentinin nəticələrini nəzərə alaraq güman etmək olar ki, meyitin yanma prosesinin müddəti 5-10 dəqiqədən 20-30 dəqiqəyə qədər davam edə bilərdi.
9. Məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırkı vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün deyil. Lakin, meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar.
10. Qidasızlıq, soyuq mühit, stress və sair hallarda insanın sağ qalma müddəti orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq müxtəlifdir. Hal-hazırda elmi-metodika işlənib hazırlanmadığından bu haqda dəqiq fıkir söyləmək mümkün deyildir.
11. N.Ş.Quliyevanın meyitinin müayinəsi zamanı ağciyərdə ocaqlı pnevmoniya, ürək əzələsində ocaqlı iltihabi dəyişikliklər (ocaqlı miokardit), qaraciyərdə və miokardda zəif lipofussinoz aşkar edilmişdir ki, bu da onun soyuq hava şəraitində saxlanılması və müəyyən müddət ərzində az qida qəbul etməsinin göstəricisidir. N.Quliyevanm orqanizmində aşkar edilmiş bu dəyişikliklərin onun 47 (qırx yeddi) gün müddətində az qida qəbul etməsi ilə soyuq hava şəraitində saxlanılması nəticəsində yaranmasının mümkünlüyünü inkar etmək olmaz.
12. N.Ş.Quliyevanın baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri, lokalizasiyaları və istiqamətlərinə əsasən və onun bədənində digər hər-hansı travmatik dəyişikliklərin aşkar olunmadığını nəzərə alaraq demək olar ki, bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi zamanı zərbə dəyməsi və nəticədə meyitin kənara atılaraq yerin bərk səthinə düşməsi nəticəsində yaranması inandırıcı deyildir.
13. N.Ş.Quliyevanın başının müxtəlif nahiyələrində aşkar edilmiş yaralar və kəllə sümüklərində sınıq nahiyəsində, sərt qişada iri magistral damarlar (arteriya və venalar) olmadığından həmin xəsarətlərin güclü qanitirmə ilə müşayiət olunması inkar olunur.
14. N.Ş.Quliyevanın meyitinin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin lokalizasivasını, xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq demək olar ki, yanğın zamanı onun meyiti yerdə arxası üstə uzadılmış vəziyyətdə olmuşdur, yanğının yayılma istiqaməti isə aşağıdan yuxarıya doğru (yəni, ayaqlardan baş tərəfə doğru) olmuşdur. Yanğın zamanı yüksək temperatur mənbəyi ilə meyitin qarşılıqlı vəziyyəti müxtəlif ola bilərdi.
15. N.Ş.Quliyevanın başında olan xəsarətlər kobud xarakterli olduğundan belə qənaətə gəlmək olar ki, o xəsarətləri aldıqdan sonra huşsuz (çox güman ki, komatoz) vəziyyətdə olaraq qısa müddət ərzində (dəqiqələrlə, saatlarla ölçülən) yaşaya bilərdi.
16. N.Ş.Quliyevanın məhkəmə-tibbi ekspertizası zamanı onun bütün daxili üzvləri topoqrafık cəhətdən normal yerləşmişlər.
Şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti İsgəndərov Seyfulla Qəhrəman oğlu istintaqa verdiyi ifadələrində göstərmişdir ki,
07 yanvar 2020-cı il tarixdə işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiaya» Birliyinin rəhbərliyi tərəfindən Tovuz rayonuna ezam olunaraq həmin rayonun Dondar Quşçu kəndində aşkar edilmiş azyaşlı Quliyeva Nərmin Şərif qızının meyitinin və hadisə yerini müayinəsini digər tibb ekspertləri ilə birlikdə etmişdir. Ekspertlər tərəfindən müvfaiq tədqiqat işləri aparlıdıqdan sonra 02 mart 2020-ci il tarixli T63/2020 №-li ekspert rəyi tərtib edilərək istintaq təqdim edilmişdir. Həmin rəydə meyitin xarici və daxili müayinəsinin, həmçinin laborator müayinələrinin nəticələri öz əksini taparaq nəticə hissəsində müstəntiq verdiyi suallara cavab verilmişdir.
Həmçinin ifadəsində göstərmişdir ki, Nərmin Quliyevanın daxili müayinəsi zamanı onun hamilə oluması barədə hər-hansı bir əlamətlər aşkar edilməmiş, məhkəmə-tibbi ekspert kimi biliklərinə əsasən göstərə bilər ki, adətən qız uşaqlarında birinci, ilkin menstrual dövrü əksər hallarda 12-13 yaşlarda başlayır. Nərmin Quliyevanın xarici cinsiyyət üzvləri, aralıq sahəsi, anal dəliyi və ətraf sahəsi yanmaya məruz qaldığından bu vəziyyətdə hər-hansı cinsi zorakılığa məruz qalmasına dəlalət edən əlamətləri aşkar edilməsi mümkün olmamışdır. Eyni zamanda, meyitin daxili müayinəsi zamanı uşaqlıq yolunda və düz bağırsağın girəcəyinin yaxın sahədə hər-hansı bir travmatik dəyişiklik aşkar edilməmiş, bu halda şəxsin yaşını, cinsi orqanının konkstkrsiyasını nəzərə alaraq Nərmin Quliyevanın cinsi zorakılığa məruz qalması inandırıcı deyildir.
Bundan başqa ifadəsində göstərmişdir ki, məhkəmə təbabətində meyitdə təkrar alovun təsirinə məruz qalma əlamətlərinin aşkar edilməsi ilə bağlı hazırki vaxta qədər elmi metodika işlənib hazırlanmadığından bu haqda konkret fikir söyləmək mümkün olmadığını, lakin, buna baxmayraq, meyitin müayinəsi zamanı onun bədənində aşkar edilmiş alovun termiki təsirindən yaranmış yanıq sahələrinin xarakterik xüsusiyyətlərini (yanmaya məruz qalmış toxumaların həcmini, dərəcələrini və yayılma sahələrini) nəzərə alaraq meyitin birmomentli yandırılmasını güman etmək olar. Nərmin Quliyevanın meyitində təkrar yandırılması əlamətləri müşahidə olunmamışdır.
Nərmin Quliyevanın meyitinin baş nahiyəsində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarına görə demək olar ki, o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, onun bədənində olan xəsarət nahiyələri iz törədən alətə (alətlərə) doğru yönəlmiş olmuşdur. Müxtəlif duruş vəziyyəti dedikdə isə xəsarət aldığı zaman şəxsin ayaq üstə, oturaq, yarım-oturaq, arxası üstə uzanmış vəziyyətlərdə olması başa düşülür.
Gülnaz Qənbərli
Azadmediatv.com