Minayə İsmayılova:

Minayə İsmayılova: "İlkin Süleymanovun bu əməli törədəcəyinə inanmıram. İstintaqın daha düzgün araşdırılması, nəvəmin əsil qatilinun tapılmasını istəyirəm"

Avqustun 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. 
Azadmediatv.com
xəbər verir ki, prosesdə  cinayət işinin 5 və 6-cı cildlərindəki sənədlər tədqiq edilib. Tədqiq edilən sənədlər arasında Ombudsmanın məktubu, Şərif Quliyevin, N.Quliyevanın anasının və nənəsinin ifadələri də elan edilib.

 Prosesdə diqqət çəkən məqam N.Quliyevanım nənəsi Minayə Quliyevanın Baş Prokurorun sabiq müavini Rüstəm Usubova yazdığı məktubdur. Məktubu olduğu kimi təqdim edirik:
 

"Yazıb sizə bildirirəm ki, azyaşlı nəvəm Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi və 06 yanvar 2020-ci il tarixdə yanmış meyitinin aşkat olunması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə həbs edilmiş Süleymanov İlkin İbrahim oğlunun bu əməli törədəcəyinə inanmıram. İstintaqın daha düzgün araşdırılması, nəvəmin əsil qatilinin tapılmasını istəyirəm. Xahiş edirəm məni qəbul edəsiniz.
İmza: Minayə İsmayılova 
24.01.2020".

Нет описания.


Proses  sentyabrın 7-də davam edəcək.

Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də  saat 14-15 radələrində yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evlərindən çıxaraq həmin kənddə yaşayan əmiləri Arif və Lətif Quliyevlərin evlərinə getfiyi iddia olunur. O, əmisi Lətif Quliyevin evindən atasına məxsus qara rəngli gödəkcəni götürdükdən sonra həmin evi tərk edib və bundan sonra bir daha onu görən olmayıb.
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 





OXŞAR XƏBƏRLƏR