Əvəz Zeynallı 12 il azadlıqdan məhrum edilə bilər
“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı 12 il azadlıqdan məhrum edilə bilər.
Azadmediatv.com xəbər veir kii, bu haqda Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib. Belə ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham verilib. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib.Vəkil hesab edir ki, qərar əsassızdır, ondan apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan bir qrup hüquq müdafiəçisi və jurnalist Prezident İlham Əliyevə müraciət edərək jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun qətimkan tədbirinin dəyişdirilməsinə yardım etmək çağırışı ilə müraciət edib.
Azadmediatv.com