Avropa Məhkəməsi Əvəz Zeynalı ilə vəkilinin şikayətini araşdırır
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və onun vəkili olmuş Elçin Sadıqovun şikayətini araşdırmağa başlayıb.
Azadmediatv.com xəbər verir ki bu barədə AİHM məlumat yayıb. Belə ki, həmin məlumata görə, şikayətdə yerli məhkəmələrin onlara münasibətdə Avropa Konvensiyasının 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddəsinin pozduğunu iddia edilir
AİHM-ə şikayətdə iddia edilib ki, Ə.Zeynallı həbsdə olarkən onun vəkili ilə konfidensial söhbət etmək hüququ pozulub, vəkilin axtarışa məruz qaldığı, müdafiə etdiyi şəxs ilə görüşdəki qeydlərini həbsxana nəzarətçiləri götürüb.
Qeyd edək ki, “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallı 2011-ci ilin otyaneın 11-də sabiq millər vəkili Gülər Əhmədovanın şikayəti əsasında həbsdə olub.
2013-cü ildə 9 il azadlıqdan məhrum edilib. Hədə-qorxu gəlməklə külli miqdarda rüşvət almaq, daha sonra isə məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunub. 2014-cü ilin dekabrında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Araşdırılan şikayət həmin dövrdə baş verənlərlə əlaqəlidir.
AİHM şikayətlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib. Lakin bu sullara nə cavab verildiyi, hələlik, bəlli deyil.
Azadmediatv.com