Azərbaycanda “TikTok” müvəqqəti bağlanıb - RƏSMİ

Azərbaycanda “TikTok” müvəqqəti bağlanıb - RƏSMİ

Azərbaycan ərazisində  “TikTok” sosial şəbəkəsinin yayımlanması müvəqqəti olaraq dayandırılıb.

Azadmediatv.com xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Belə ki, qurum təsmi açıqlamasında bu addımıni 12-13 sentyabr tarixlərində atəşkəsin pozulması ilə əlaqələndirib:

“Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb.

Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır."

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR