FHN yanğın təhlükəsizliyi məsələlərinə dair tədbirlər keçirib

FHN yanğın təhlükəsizliyi məsələlərinə dair tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, DYNX dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə İsmayıllı və Şəki rayonlarında seminar-müşavirələr keçirib.

Tədbirlərdə rayon icra hakimiyyətləri və bələdiyyələrin, aidiyyəti müəssisələrin nümayəndələri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, FHN-in əməkdaşları tərəfindən zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Aysel Şahmar





OXŞAR XƏBƏRLƏR