Hərbi qulluqçularımız “Anatolian Phoenix-2021” təlimində fəal iştirak edir

Hərbi qulluqçularımız “Anatolian Phoenix-2021” təlimində fəal iştirak edir

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir.
Azadmediatv.com-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, təlimin növbəti günündə senariyə əsasən, qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib.
Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirərək, ekipaj üzvlərini ərazidən təxliyyə edib.
Paraşüt hazırlığı üzrə keçirilən növbəti məşqlərdə də şəxsi heyət tərəfindən müxtəlif tapşırıqlar icra olunub. Üçrəngli Azərbaycan bayrağı Konya səmasında dalğalandırılıb.
Təlim iyunun 4-dək davam edəcək.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR