Şahid: "Bəxtiyar Əlini nə boğdu, nə də yerə yıxdı"- MƏHKƏMƏ
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə 2021-ci il martın 1-də Bakının Xətai rayonu ərazisində 22 yaşlı idmançı Bəxtiyar Nəsibovu azyaşlı qarfdaşının göxü qarşısında qətlə yetirməkdə ittiham edilən Əli Abbasovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com-un xəbərinə görə, proses şahid ifadələriylə davam edib.
Prosesdə şahid qismində ifadə verən Babazadə Cəlal Həbib oğlu məhkəmənin, dövlət ittihamçısı və zərərçəkənin suallarını cavablandırarkən bildirib ki, Bəxtiyar və Vüsal Nəsibov qardaşalrını 1 ay idi tanıyıtdım, Əli Abbasovu isə cəmi 2 dəfə görmüşdüm. Qətl hadisəsinin baş verdiyi gün zalda səs-küy eşidib, nə baş verduyini ətrafdakılardan soruşanda deyiblər ki, Əliynən Bəxtiyar mübahisə ediblər: "Cəmi 3-4 saniyəlik mübahisə olmuşdu. Soruşdum, dedilər baxışmaq üstündədir. Mən onlardan 7-8 metr uzaqdaydım. Hardasa 5 dəqiqə sonra gördüm ki, Əli ilə Bəxtiyat yenidən üz-üzə gəliblər. Uzaqdan güzgüdən gördüm ki, Əlinin papağı başından düşdü. Onları aralamaq üçün Əlini arxadan qucaqlayıb geri çəkmək istədim, bu vaxt Nihadin "Soxdu, qaçın" dediyini eşitdim. Qollarım boşaldı, Əlini buraxdım, qardaşım da oradaydı, onu axtardım. Bəxtiyar da qapıya döğru gedib, yıxıldı. Bəxtiyarın qardaşı Vüsala dedim ki, köynəyi bas yaranın üstünə. Eşirdim ki, Əli deyir ki, gəlin, Bəxtiyarı maşına qoyaq, aparaq. Həmin vaxt orada məşq edənlərdən Əli adlı başqa şəxs Təcili Tibbi Yardım Xidmətinə zəng etdi. Çox həyəcanlıydım, pəncərəni açıb bayıra çıxaraq uzaqlaşdıq. Nihad müəllim deyirdi ki, hər şey yaxşı olacaq. Sonra da eşitdik ki, Bəxtiyar dünyasını dəyişib".
Dövlət ittihamçısının, məhkəmənin və zərərçəkin vəkilinin "Mübahisə əlbəyaxa davaya çevrildimi, o zaman hansı vəziyyətdə dava edirdilər. Mərhum Bəxtiyar Əlini yerə yıxıb boğurdumu" suallarını cavablandırarkən şahid bildirib ki, dava heç dəqiqə də çəkməyib:
"Xeyir, Bəxtiyarla Əli ayaq üstəydi, sözləşdilər araya girdik. Bəxtiyar Əlini nə boğdu, nə də yerə yıxdı".
Daha sonra ikinci şahid Namiq Həbib oğlu Babayev sərbəst ifadə verib. Məhkəmənin, dövlət ittihamşısı, zərərçəkənin və müdafiə tərəfinin suallarını cavablandırarkən bəlli olub ki, N.Babayev qardaşı C.Babazadə ilə eyni ifadəni təkrarlayıb, yalnız bit fərqlə. O bildirib ki, qardaşı Cəlaldan fərqli olaraq, B. Nəsibovu qətlə yetirən Ə.Abbasovu əvvəldən məhəllə uşağı kimi tanıyıb. Hadisəyə gəlincə, baş verənləri uzaqdan və güzgüdən izləyib: "Qısa mübahisə oldu. Sonra sakitçilik yarandı. Həmin müddətdə də Bəxtiyar nə Əlini döydü, nə yerə yıxdı, nə də söyüş söydü. Bir neçə dəqiqə sonra yenidən hay-küy eşitdik. Zalın sahibi Nihad "Soxdu, qaçın"-, deyəndə geyinmə otağının pəncərəsindən qaçdıq. Başqa heç nə görmədim".
Hakim A.Paşayev B.Nəsibovun qardaşı Vüsalın məhkəməyə göndərdiyi teleqramı elan edib. Teleqramda deyilir ki, istintaqa şahid qismində verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə yerində müşvirə edib bildirib ki, V,Nəsibov prosesdə şahid kimi dindirilməlidir. Mərhumun anası Nəzakət Bayramova bildirib ki, öncəki məhkəməyə şahid qismində ifadə verdikdən sonra oğluna qarşı hücum olub:
"Məhkəmədən sonra qatilin qohumları Vüsala hücum etdilər. Mən ikinci oğlumu da itirmək istəmirəm. Oğlumun təhlükəsizliyini təmin edin".
Proses noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə aralarında mübahisə yaşanıb. Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov guya Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla qqəsdən xəsarətlər yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Xatırladaq ki, hadisə 2021-ci il martın 1-i saat 13:00 radələrində Bakının Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında yerləşən idman zalında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Əli Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilərək baxılması üçün məhkəməyə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunduğu üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İş istintaqa qaytarılandan sonra ona qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və əməl Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4 (xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunaraq yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Bəxtiyar Nəsibov idmançı olub.
Gülnaz Qənbərli
Azadmediatv.com