Məşhur meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib - (YENİLƏNİB -3)
Məşhur meyxanaçı Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu İdgəndər Mehdiyevi qətlə yetirib.
Azadmediatv.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib. Belə ki, buna səbəb R.Dağlı ilə 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyev arasında yaranan mübahisə olub. Meyxanaçı bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədəndən dərhal sonra 1984-cü il təvəllüdlü Rəşad Vaqif oğlu Əmirov (Dağlı) könüllü polisə təslin olub.
DİN mərbuat xidmətindən Azadmediatv.com-a verilən məlumata görə, fakt təsdiqlənib, onun barəsində AR CM-in 120.1 maddəsi ilə iş açılıb.
Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, Rəşad Dağlı qətli törətdikdən sonra polis bölməsinə gələrək cinayətini etiraf edib və təslim olub:
“Məlumata görə, onların arasında daha əvvəl də ədavət olub”, - E.Hacıyev qeyd edib.
Qeyd edək ki, mərhum həbsdən azadlığa uenicə çıxıbmış.
Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar da ortaya çıxıb. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının əmisi oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.
Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq, onu həyatdan məhrum edib.
Baş verən hadisəylə bağlı BaşProkurorluğun yaydığı məlumaya görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Azadmediatv.com