Meyxanaçı Rəşad Dağlının  qətlə yetirdiyi İsgəndər Mehtiyevlə bağlı bəzi məqamlar aydınlaşıb

Meyxanaçı Rəşad Dağlının  qətlə yetirdiyi İsgəndər Mehtiyevlə bağlı bəzi məqamlar aydınlaşıb

Meyxanaçı Rəşad Dağlının  qətlə yetirdiyi İsgəndər Mehtiyevlə bağlı bəzi məqamlara aydınlıq gətirilib.

Azadmediatv.com xəbər verir ki,  qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsxanada cəza çəkib. Onun təxminən 15 gün əvvəl azadlığa çıxdığı bildirilir. 

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Noyabrın 9-da gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.

Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının əmisi oğludur.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR