Meyxanaçı  qonşusunu “Rəşadı içəridə

Meyxanaçı qonşusunu “Rəşadı içəridə "üzdəniraq" kimi tanıyırlar” ifadəsinə görə öldürüb

Azərbaycanın tanınmış meyxana ustası Rəşad Dağlının törətdiyi qətllə bağlı yeni  dəlillər ortaya çıxıb.

Azadmediatv.com xəbər verir ki, R.Dağlı qətl hadisəsi baş verən gecə  “Monte Karlo” Şadlıq Sarayında toyda olub.

Belə ki, toy mərasimində  R.Dağlı həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan meyxanalar ifa edib. Hazırda ilkin ifadəsini verən R.Dağlı bildirib ki, bunadək bir neçə dəfə mərhum onun barəsində təhqiramiz ifadələr işlədib. Ona zəng gəlib, bundan sonra toydakı ifasını bitirən sənətçi yaşadığı Yasamal rayonuna gedib və barəsində xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi görüşə çağırıb. Rəşad Dağlı həmin şəxsi özünün idarə etdiyi şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə yollanıb. Orada da qonşu dilini dinc qoymayıb və məlum qətl hadisəsi baş verib.R.Dağlı qeyd edib ki, mərhum əvvəllər də  dəfələrlə ondan pul tələb edib.  Dəfələrlə həbs həyatı yaşayan İ.Mehtiyev  R.Dağlının  barəsində də bir neçə dəfə şərəf və ləyaqətini aşağılayan xoşagəlməz ifadələr işlədib.

Qeyd edək ki,  bir neçə gün əvvəl İ.Mehdiyev ortaq tanışlarının yanında meyxanaçının ünvanına “Rəşad çoxda özündən deməsin, onu içəridə "üzdəniraq" kimi tanıyırlar” kimi ifadələr də işlədib. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş İ.Mehdiyev meyxanaçının ifasında səsləndirdiyi anti-narkotik ifadələrə və sözlərə görə  təhqir və söyüşə yol verib. 

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR