Rəşad Dağlı: "Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram"
Qonşusunu öldürməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Azadmediatv.com xəbər verir ki, bu haqda Qaradağ Rayon Məhkəməsində istintaq materialları elan edilərkən qeyd olunub. Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə R.Dağlı özünü təqsirli bilib. Hasidənin təfərrüarlarını açıqlayan meyxanaçı bildirib kii, mübahisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü ondan müdafiə etməyə çalışırdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı Qaradağ rayon Məhkəməsinə gətirilib. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundan məhkəməyə aparılıb. Bu zaman prokurorluğun qarşısızda izdiham yaşanıb.
Xatırladaq ki,qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Azadmediatv.com