"Nərmin işi"ndə qoyunyandırma eksperimenti niyə alınnmayıb? - MƏHKƏMƏ

Noyabrın 16-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib. 

Azadmediatv.com xəbər verir ki, prosesdə  Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı ilyarımdır məhkəmə araşdırmaları davam edir. 

Prosesdə eksperiment xarakterli videogörüntülər nümayiş etdirilib. Bunlardan biri insan meyitinin yanma prosesinin qoyununku ilə eynilləşdirib, mərhum N.Quliyevanın cəsədinin yandırılma prosesini tədqiq etmək üçün yanarkən üzərində ona məxsus olan geyimlərin nümunəsinin  geyindirildiyi qoyunun yandırılması, digəri isə İlkin Süleymanovun "etirafedici" ifadəsinin yerində  yoxlanılmasıyla bağlı lentə alınmış videogörüntülər olub.

 Belə ki,  instintaqa rəhbərlik edən Nadir Mirzəyevin iştirakıyla eksperiment keçirilməsi məqsədilə qoyunun əyninə paltarlar geyindirilib, sintetik kisəyə bükülərək, yandrılılıb. Video-görüntülərdən aydın olub ki, eksperimentin birinci mərhələsiində N.Quliyevanın cəsədinin əvəzləndirildiyi qoyunun üzərinə yanacaq tökülüb və 4 dəqiqə 47 saniyə yandırılıb. Lakin eksperimenti həyata keçirənlər bu zaman görüblər ki, qoyunun nə əynindəki paltarlar, nə də arxa hissəsi yanmayıb. Eləcə də, qoyun nəinki  kömürləşməyib, heç tam şəkildə də yanmayıb. Yanma prosesi həyata keçirilərkən eksperimenti həyata keçirənlərdən birinin "Altay deyirdi ki, qara tüstü çıxırdı" deməsi diqqət çəkib. Belə ki,  adı çəkilən şəxs Altay Ələkbərov istintaqda şahid qismində ifadə verib, lakin hadisənin şahidi olmadığını deyib.


İQTİBAS: (Bax: cild 8, i.v. 1-4,148-150)


"Şahid qismində dindirilmiş Tovuz rayonu Dondar Quşçu kənd sakini Ələkbərov Altay Famil oğlu istintaqa verdiyi ifadələrində Quliyeva Nərmin Şərif qızını tanıdığını, onun qonşusu və həmkəndlisi olan Şərif Quliyevin ortancıl qızının olduğunu göstərərək, 06 yanvar 2020-ci il tarixdə saat 19-00 sonra evdə olarkən televizorun işləmədiyindən saat təxminən 19:15 və ya 19:20 radələrində kənddə yaşayan atasının əmisi nəvəsi və bacısının əri Fikrət Bayramovdan televizor naqili almaq üçün azyaşlı oğlu Eminlə  idarə etdiyi 60-BP-069 dövlət qeydiyyat nişanı olan «VAZ-2107» markalı avtomaşınla onlara getdiyini bildirmişdir. Sonra da həmin vaxt Nərmin Quliyevanın meyiti aşkar etdiyi yerdən keçərək orada hər-hansı bir yanğın görməmiş, Fikrət Bayramovun evindən qayıdarkən isə həmin ərazidə yanğının gördüyünü, lakin nə yanmasını bilmədiyini və buna fikir vermədiyini, həmin ərazidə yalnız orada evi olan həmkəndlisi Nazimin evdən əlində bel ilə çıxan halda gördüyünü göstərmişdir".

Bu səbəbdən cəsədi əvəz edən qoyunun üzərinə daha çox yancaq tökərək onu ikinci dəfə yandırıblar. Poses həyat keçirilərkən N.Mirzəyev "Qız qəşəng yanmışdı, bir də yandırın"-, deyib "cəsədi" çeviritdirib yenidən yandırılmsına göstəriş verib. Lakin prosesdə 5 litr yanacaqdan istifadə edilsə də, istənilən nəticə əldə olunmayıb. "Cəsəd"in arxa hissəsi yanmayıb. Nümayiş etdirilən eksperiment götüntülərini izlədikdən sonra İ.Süleymanovun müdafiəçiəri məhkəməyə bildiriblər ki, necə olur, Nərminə aid olduğu iddia edilən meyitin təxminən iki dəqiqə yanması barədə rəy necə verilib və cəsədin iki tərəf də kömürləşmiş həddə yanıb?

Vəkillər hesab ediblər ki, meyitin arxa hissəsi nəm torpağın üstündə olduğundan iki dəqiqə ərzində kürək nahiyəsi kömürləşə bilməzdi.

İş üzrə dövlət ittihamçısı  Müşviq Rəhimov meyitin yanma parametrlərinin müəyyən edilməsi üçün qoyun cəsədinin yandırıldığını bildirib.Təqsirləndirilən şəxsin vəkilləri - Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov eksperiment videosu ilə bağlı məhkəməyə çoxsaylı suallar ünvanlayıblar.

Zabil Qəhrəmanov xüsusilə qoyunun bir hissəsinin yanmaması məsələsinə diqqət çəkib. Vəkil Nərmin Quliyevanın cəsədinin tam yandığını xatırladıb: “Videodan da göründüyü kimi, qoyun torpaqla təmasda olduğu üçün arxa tərəfi qətiyyən yanmayıb. Hətta orda ekspert də müstəntiqə səslənərək deyir ki, arxa tərəf yanmayıb. Bundan sonra benzin töküb tam yandırırlar. Amma Nərminin cəsədində arxa hissəsi tamamilə yanmışdı. Bu eksperimentdə məqsəd o olub ki, yanmanın hansı müddətdə baş verdiyini müəyyən etsinlər. O da alınmadı. Birinci dəfə yandırdılar, gördülər nəzərdə tutduqları vaxt olmadı, yenidən yandırdılar”, - deyə vəkil bildirib.

Zabil Qəhrəmanov eksperiment zamanı mümkün olan detalların eyniləşdirilmədiyini qeyd edərək eksperiment videosunun sübutlar siyahısından çıxarılmasını istəyib. Müzakirə zamanı vəkillərlə məhkəmə heyəti arasında mübahisə olub.

Prosesdə həmçinin,  İlkin Süleymanovun yaşadığı Dondar Quşçu kəndindəki evlərində və həyətlərində hadisə yerinə gətirilməsi, "etirafedici" ifadəsinin yoxlanlmasını əks etdirən görüntülərdə onun təzyiq altında ifadə verməsi açıq-aşkr görünür. Belə ki, görüntülərdə onu müşaiət edən müstəntiqin pıçıltıları, müdaxilələri videoda açıq-aşkar eşidilir, hiss olunurdu. Həmçinin İlkin Süleymanovun üzərində xəsarət izləri də görünürdü.
Videogörüntülərin nümayişi zamanı vəkillər və İlkin Süleymanov özü bir sıra məsələri aydınlaşdırmaq istəyərkən onların arasında gərgin mübahisə baş verib. İ.Süleymanovun vəkilləri bildirib kii, məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanov eksperimentlərlə bağlı onlara öz fikirlərini bildirməyə  imkan yaratmayıb.  D.İmanov i "vəkillər bunları saxlayıb, prosesinin sonunda aydınlaşdırmalıdır" deməsi vəkillərin etirazına səbəb olub. Onlar hakimi ədalətsizlikdə, prosesi obyektiv idarə etməməkdə, ittiham və müdafiə tərəfinə bərabər şərait yaratmamaqda günahlandırıblar. Bu üzdən məhkəmə prosesində qalmaqal yaşanıb. 

“Etirafedici ifadədən söhbət gedirsə, burda ittiham olunan şəxsdən detallı şəkildə soruşulmalı suallar var idi. Məsələn, soruşulmalı idi ki, Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan, əmisigildən gələndə əlində kurtka gəlmişdi, o kurtkanı hara qoymusan? Amma bu suallar verilməyib. Bundan başqa, etirafedici ifadədə deyir ki, Nərmini saxladığı pəncərələr bağlı idi, amma sonradan baxılıb ki, pəncərədə ümumiyyətlə, bağlanma yeri yoxdur. Bu və digər məsələlər də göstərir ki, İlkin Süleymanov etirafedici ifadəsində yalan danışıb”, - deyə vəkil Zabil Qəhrəmanov deyib.


Proses noyabrın 21-dək  təxirə salınıb.

Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də  saat 14-15 radələrində yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evlərindən çıxaraq həmin kənddə yaşayan əmiləri Arif və Lətif Quliyevlərin evlərinə getfiyi iddia olunur. O, əmisi Lətif Quliyevin evindən atasına məxsus qara rəngli gödəkcəni götürdükdən sonra həmin evi tərk edib və bundan sonra bir daha onu görən olmayıb.
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır  işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanov isə özünü təqsirli bilmir.

https://www.youtube.com/watch?v=c-7I1l-E1Lw&t=371s

Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı

 
 





OXŞAR XƏBƏRLƏR