Anar Əsədli:

Anar Əsədli: "Açıqlamamız olacaq, ancaq bizim istədiyimiz zaman!"

Son zamanlar baş vermiş hadisələrdən narahat olan dostlara, tərəddüddə olan tanışlara...

Bəli, açıqlamamız olacaq, ancaq bizim istədiyimiz zaman, kimlərinsə diqtə etdiyi vaxtda deyil! Bir daha təkrarlayıram: Bu barədə xalqımıza, mediaya ətraflı açıqlamalar veriləcək. Vəkillərim də gərəkli hüquqi açıqlamalarla çıxış edəcəklər. Hələlik isə tək deyəcəyim budur ki, heç bir prosess bizi öz siyasi cizgimizdən çıxara bilməz!

Üslubumuz bəlli, ritorikamız bəlli.

Mən hələ yolun əvvəlindən demişəm ki, AY Partiya söyüş, şiddət, nifrət və aqressiyadan uzaq bir siyasi mədəniyyətə malik siyasi ənənəni gətirəcək cəmiyyətə.

Bizə atılmış iftira və şər kampaniyası bir gün bitəcək, sonsuza qədər bu saqqızı uzada bilməzlər, yorularlar. Amma mən getdiyim yolda yorulan deyiləm!

Dimdik davam edirəm! İşimdə-gücümdəyəm! Çünki yolumun doğru yol olduğunu bilirəm! Bu yolda xəyanət də var, sədaqət də. Amma bu xəyanətlərə bir vaxtlar Şevardnadzenin dediyi kimi baxıram: “Xəyanətlər əvvəl məni üzür, sonra məsələyə fəlsəfi yanaşıram, daha sonra unudub, işimə davam edirəm...”

Bu arada partiyadaşlarıma, komanda üzvlərimə, AY Partiyanın rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha böyük coşğuyla işimizin başındayıq, yol yoldaşıyıq Yorulmadan, usanmadan. İftiralar, yalanlar yel olub keçəcək.

İşimiz, cəmiyyətdə başlatdığımız yeniliklər isə izsiz və bəhrəsiz qalmayacaq. AY Partiya Başqanlıq Heyətinin Türkiyəyə səfər proqramı da ən yüksək səviyyədə həyata keçiriləcək. Çünki bizi birləşdirən dəyər inancimız, amalımızdır.

İnanın, dəyişirik!

Biz qazanacağıq !

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR