Roza Əliqızı:

Roza Əliqızı: "Zəfər Proqramlarına yekun vuruldu"

"Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği" İctimai Birliyinin Türkiyədə keçirdiyi "Zəfər Proqramı" tədbirlərinə yekun vurulub.
 Təşkilatın sədri, layihə rəhbəri, Qarabağ müharibəsi iştirakçısı Roza Əliqızının sözlərinə görə iki ay boyunca davam edən "Zəfər Proqramı" İstanbul, Ankara, İzmir, Aliağa  şəhərlərində, məktəb və liseylərdə  uğurla başa çatıb.
İstanbulda"İnsan Haqları" dərnəyi ilə  birlikdə keçirilən tədbirdə şəhidlər anılıb, onların adına ehsan verilib.
İzmir və Aliağa şəhərlərində liseylərdə keçirilən tədbirlər də yüksək səviyyədə qarşılanıb, salonda tələbələr arasında coşqu yaradıb.
Keçirilən tədbirlərin hər birində öncə hər iki Dövlətin himn və marşları səslənib, şəhidlərin ruhu yad edilib.
Çıxış edən tədbir iştirakçıları Roza Əliqızı, Türkiyə şöbə müdürü Mehmet Ay,  Günel Şahlar qızı ve Türkiye Atatürk Universitetinin tələbəsi Güneş  Abaslı "Qarabağ dünəndən bu günə"  mövzusu altında, ermənilərin  Azərbaycan torpaqlarının işğal etməsindən, erməni  vandalizminin Azərbaycan xalqına, dinc əhaliyə etdiyi zülmlərdən, Xocalı soyqırımından danışaraq, ermənilərin Azərbaycan torpaqlarına təcavüzündən və 30 il işğalda saxladıqlarından sonra Azərbaycanın  Ali Baş komandanı İlham Əliyevin əmri ilə   Azərbahcan əsgərlərinin qəhrəmanlığı, qardaş Türkiyə Dövlətinin dəstəyi ilə işğal altında olan torpaqlarımızın azad olmasından, "8 noyabr" Qarabağ Zəfərindən danışaraq, iştirakçıları məlumatlandırlblar.
Tədbirdə Bələdiyə Başqanları, təhsil müdürləri, kaymakam və icra nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir QHT-lərin Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilib.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.

Нет описания.
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR