Vasif Talıbov istefa verib

Vasif Talıbov istefa verib

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış  VIII sessiyası keçirilib.Azafmeditv.com xəbər verir ki, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müraciətinə baxılması daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki,  bu haqda  xəbəri ilk olraq jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədəki səhifəsində paylaşıb:

"Təcili: Bütün gözlər Naxçıvanda…

Naxçıvandan olduqca eksklüziv bir məlumatı diqqətinizə çatdırıram. Hal-hazırda Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir. Diqqət çəkən məqam budur ki, sesiyada icra qurumlarının heç bir nümayəndəsi iştirak etmir. Adətən belə iclaslarda: nazirlər, komitə rəhbərlərinin iştirakı təmin edilirdi. Hazırda keçirilən iclaslarda isə yalnız Ali Məclisin deputatları iştirak edir.

Mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Böyük ehtimalla korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilən bəzi vəzifəli şəxslərin deputat toxunulmazlığı götürülə bilər. Ali Məclis deputatları sırasında belə adamlar var. Vasif Talıbovun istefa verə biləcəyinə dair də ehtimallar səslənir. Bizi izləyin…"

Xatırldaq ki, V.Talıbov iclasda iştirak etməyib.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR