Ömər Eldarov: “Saglamlıqda başlıca şərtdir sevgi...” - EKSKLÜZİV
Ürək sevgi orqanıdır. Ona sevgi bəxş edəndə, göz vasitəsiyə mənəvi qida alanda, gözəl xanım, ledi və mənsubiyyətindən asılı olmayaraq, qəşəng, maneralı qadına baxanda ürək ritmik olaraq çox yaxşı işləyir. Xüsusi reseptim yalnız budur...
- Ömər müəllim, heykətəraşın ugurlu yaradıcılığında sağlığın önəmi nə qədərdir?
- Orijinal sualdir. İlk defə eşitdiyimdən cavab verəcəm. Heykəltaraşın yaradıcılığında onun öz sağlamlığı, əlbəttə, əsas deyil. Lakin, yenə də vacibdir. Bütün insanlarda olduğu kimi. Sağlamlıq hətta bununla bağlı hansısa formulalarla araşdırma aparan elimi mütəxəsisə də lazımddir. Əgər sağllamlığın varsa, optimizm var, əla əhval-ruhiyyən də olur. Yaratdığı heykəllər daha çox optimist, heykəltaraş özü isə güclü olacaq. İkincisi, sağlamlıq ona görə lazımdır ki, heykəltaraşın ixtisası bunu tələb edir. Karkas hazırlayır, ağacı, daşı, qayanı ya qraniti çapır və yonuruq. Ona görə də heykəltəraşa birbaşa fiziki sağlamlıq və əzələ gücü lazımdır.
- Sağlıq baxımından hansı profilaktik tədbirləri görürsünüz?
- Saglamlığın profilaktikasında başlıca yeri sevgi tutur. Hər şeydən əvvəl sevmək lazımdır!
- Nəyi sevmək lazımdır?
- Dünyanı, insanları, kainatı olmuşları və olacaqları. Həm də peşəni... Hər şeyi sevmək lazımdır. Çünki sevgi bütün güclərin başında dayanır. Hamını və hər şeyi sevmək lazımdır. Başlıcası isə qadınıarı sevmək lazımdır... Xüsusilə də sizi... Sağlıq özü bərpa olunacaq o zaman. Saglamlıqda başlıca şərtdir sevgi...
- Adətən, heykəltəraşlar daha çox asmatik xəstəliklərdən əziyyət çəkirlər, bunun qarşısını almaq üçün xüsusi reseptləriniz varmı?
- Dogrudur. Heykəltətraşlar da xəstələnir. Spesifik xəstəlikləri olur. Amma şükürlər olsun ki, indiyədək elə də ciddi xəstəlik yaşamamışam. Səbəbi odur ki, hər şeydən əvvəl həyat yolunda mütləq gözəl qadınlaarla qarşılaşmalısan. İkincisi, doğru və sağlam həyat tərzi yaşamalısan. İçki, siqaret və digər ağlagələn pis vərdişlərdən uzaq olmalısan. Həyatı, sağlamlığını sevib qorumalısan. Qadınları sevməlisən, özü də mütləq! Yanında olanları sevməlisən... O zaman sağlamlıq öz yerini heç vaxt xəstəliklərə güzəştə getməyəcək. Xeyir, xüsusi reseptlərim
yoxdur. Ancaq bunu xüsusi qeyd etmək istətyərdim. Ürək sevgi orqanıdır. Ona görə də, ona sevgi bəxş edəndə, göz vasitəsiyə mənəvi qida alanda, gözəl xanım, ledi və istənilən mənsubiyyətə malik qəşəng, maneralı qadına baxanda ürək ritmik olaraq çox yaxşı işləyir. Xüsusi reseptim yalnız budur...
- Yaradıcılığınızda sağlıqlı materiallardan istifadə edirsinizmi?
- Mən yaradıcılığımda ancaq təbii, təbiətin yaratdığı materiallardan istifadə edirəm. Burada əsas qoz ağacı, Ukrayna
qraniti, Ural və İtaliya mərməri, qızıl və digər qiymətli metallardan, eləcə də müxtəlif mineral daşlardan istifadə
edirəm. Muzeydə saxlanılan eksponatlarımın 80 faizi qoz agacından hazırlanıb. Başqa agaclardan da istifadə edirəm. Ancaq yaradaıcılıçımda ağaclardan əsas yeri qoz ağacı tutur.
- Ömər Eldarovun gumrahlıq sirri nədədir?
- Gümraham, doğrudur. Bu gumrahlığımın da səbəbi qadınlardır. Ümumiyyətlə, yaradıcı insanlaarda ilham pərisi qadınlardan və təbiətdən gəlir. Mən isə əsasən, pozitiv enerjini qadınlardan alıram. Ona gorə də gümraham. Əgər siz yanıma tez-tez gəlsəniz, mənimlə müsahibə etsəniz, gümrahlıq qeyd-şərtsiz özü gələcək. Hər şey sizdən asılıdır... Yaradıcılıqdakı uğur amılı də buraya aiddir. Yaradıcılıqda uğur əldə edəndə, hazırladığın
əl işin ugurlu alınanda, gümrahlaşırsan, hər şeyə gözəl baxışlarla baxırsan. Sirr bundadır...
- Ömər Eldarovun günlük menüsü – qidalanmasında nələrə diqqət edilir?
- Gün ərzində çox az yeyirəm. Səhər tezdən mütləq hündür qamətli, incə və zərif qızla qarşılaşmalıyam. Naharda bir az canlı və gözəl xanımla, şam naharında isə yumru, gümrah, gözəl qadınla üzbəüz gəlməliyəm. Bu mənəvi qidadır. Ərzaq baxımından isə daha çox meyvə-tərəvəzlə qidalanıram. Artıq yaşlanmışam. Mənə ət və ət məhsullarıyla qidalanmaq olmaz. İçki 50 qramdan artıq qəbul edə bimərəm. O da ayda, ildə bir dəfə olur... Deyim ki, bunu özümə dərd etmişəm. Dəhşətdir... Bu yalnız həyatın boyu bir qadını sevib, onunla kifayətlənməyə bənzəyir.
- Əsərlərinizdə insana ruh yüksəkliyi gətirən komponentlərdən istifadə edirsinizmi?
- Ümumiyyətlə, ünsiyyətcil adamam. İş görə-görə züm-zümə edirəm, kompliment deməyi sevirəm. Söhbətciləm. Amma bu hər kəslə alınmır. Lətifələr danışmağı sevirrəm. Bu mətbəxdə gözəl, mahnı züm-zümə edən qadınln hazırladığı naharın effekti kimidir. Pozitiv enerjiylə əəsrimi yükləyirəm.
- Hansı bitkini sevirsiniz və nəyə görə?
- Təbiətdəki ən kiçik canlını da sevirəm. Həmçinin, gül və çiçəkləri. Onları həyatımdakı və yaxınıımdakı xanımlara
bağışlamaqdan məmnunluq duyuram.
- Sağlıq talismaniniz...
- Talismanım gözəl qadınlardır. Hər gün nə qədər çox gözəl qadınla qarşılaşsam, onları görsəm, işlərim bir o qədər uğurlu alınar. Bax eləki başçılıq etdiyim Akademiyaya ayaq basıram, həmən cavanlaşıram, gəncləşirəm. Gözəl qadınla qarşılaşmaq, onunla söhbət etmək adamı ən azı 5 il cavanlaşdırır, zövq alırsan. Qadındakı gözəllikdən başqa yerdə qalan digər xüsussiyyətləri mənim üçün ikinci planda qalır.
- Məhsuldar işləmək üçün heykəltəraşa lazım olan vacib amillər...
- Heykəltəraşın məhsuldar işləməsi ona ilham verən amillərin olması vacibdir. Mən naturaca ifrat romantikəm. Əgər romantik nəsə etmək mənə nəsib olursa, özümü skulptur kimi çox yaşı hıss edirrəm.
- Təbii qaya və ya qranit uzərində çizmək istədiyiniz sənət əsəri varmı?
- Qaya və qranit üzərdə bacardığım qədər daha çox gözəl qadın yaratmaq istəyətrdim. Xəyalımdakı qadını.... İndiyədək bunu çox etmişəm. Amma hələ də, içimdə xəyalımdakı qadını yenidən daha mükəmməl yaratmaq istəyirəm...
- Uzunömürlülüyün sirri...
- Belə sualı sevməsm də, dediyim kimi saglam və uzun ömürlü olmağım üçün də həyaımdakı qadınlara minnətdaram.... Çünkü gün kimi aydındır kı, əgər yanında gözəl, məftunedici qadın varsa, 100 il heç bir xəstəlik sənə yaxın düşə bilməz...
- Dünya çapında həyat tərzini örnək götürdüyünüz heykəltəraş varmı?
- Belə heykəltəraşlar çoxdur. Antik dövrdən başlamış, müasir dövrədək. Amma ən çox antik yunan heykəltəraşı Fidi mənim üçün örnək olub. Bir də Mikelancelo Buonarroti. Mən onların heyranıyam.
- Gənc heykəltəraşlara uğur qazanmaları üçün nəyi tösiyyə edirsiniz?
- Birincisi, gənc yaxud yaşlı, hər bir heykəltəraşa sizin kimi jurnalistlə tez-yez üz-üzə gəlməyi arzulayıram. İkincisi, sizinlə hər gün qarşılaşsınlar, pozitv enerji alacaqlar, gün və başladıqları iş onlara uğur gətirəcək... Yalnız bundan sonra isə sağlamlıq! Bəli, sağlamlıq arzulayıram.
- Bəs dəqiqlik? Dəqiqlik sağlam həyat tərzi üçün başılıca şərtdirmi?
- Dəqiqlik? Yox, deməzdim. Belə bir millət var, polyaklar. Deyə bilmərəm ki, onlar çox şərəflidirlər. Lakin görüşəndə ilk sözləri bu olur “cześć”. Yəni “şərəf duydum”. Onlar bu sözü gündə min dəfə deyirlər. Bütün insanlar, o cümlədən kişilər üçün sağlamlıq baxımından ən başlıcası şərəfdir. Əgər hamımız şərəfli olsaq, uzun, sağlam ömür sürər, ideal yaşayırıq. 100 yaşında belə gənc qəlblə çalışarsan.
Gülnaz Qənbərli
Azadmediatv.com