Sabunçu rayon məhkəməsinin hakimi qəsdən adam öldürüb

Sabunçu rayon məhkəməsinin hakimi qəsdən adam öldürüb

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə,  Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Fəqan ƏhmədovSabunçu rayon məhkəməsinin hakimidir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR