İran şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir

İran şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir

İranda həlak olmuş şəhidimiz Orxam Əsgərovun  Azərbaycana gətirilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. 

Azadmediatv.com xəbər verir ki, bu məqsədlə Azərbaycana məxsus təyyarə Tehran Hava Limanında gözləyir.

Lakin  buna baxmayaraq, İran növbəti dəfə İslami dəyərlərə hörmətsizlik göstərərək, riyakarlıq nümayiş etdirir. Belə ki, rəsmi İran şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə, süni şəkildə ləngidir.

Qeyd edək ki, yanvarın 27-də səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov hücumun dəf edilməsi zamanı şəhid olub.

Xatırladaq ki,  Tehranın polis rəisi general Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib. "Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir. Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR