TƏBİB “ArabHealth 2023” sərgisində iştirak edir

TƏBİB “ArabHealth 2023” sərgisində iştirak edir

TƏBİB-in nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Dünya Ticarət Mərkəzində dünyanın ən böyük səhiyyə sərgilərindən biri - “ArabHealth 2023” sərgisində iştirak edir.

 Azadmediatv.com xəbər verir ki, bu haqda TƏBİB-in deparament rəhbəri Zamirə Ədilova sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Yanvarın 30-dan fevralın 3-dək keçiriləcək sahəsi və iştirakçılarının sayına görə dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirəcək.

Ümumilikdə, 4.200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60.000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edəcək.

47 ildir ki, “ArabHealth” sərgisi səhiyyə sahəsində ən son yenilikləri bütün sərgi iştirakçılarının və ziyarətçilərin diqqətinə çatdırır.

Sərgi biznes, liderlik və davamlı tibb təhsili (CME) üzrə bir sıra konfrans və seminarlarla müşayiət olunur ki, burada ən son yeniliklər və ən yaxşı təcrübələr, metodlar və bacarıqlar haqqında məlumat verilir."

Azadmediatv.com.





OXŞAR XƏBƏRLƏR