“Kənd məktəblisinə dəstək” layihəsinin təlimləri başa çatdı
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “Fərdi layihələr 2022” Qrantının qalibi olan “Kənd məktəblisinə dəstək” layihəsinin təlimləri başa çatdı.
Təlimlər Ağdam rayon 1, 3 və 12 saylı məktəblərində təşkil edildi. Təlim zamanı iştirakçılara İnformatika fənni və proqramlaşdırma dilləridən və eyni zamanda İT sahələrindən geniş məlumatlar verildi. Sonda iştirakçıların sualları dinlənildi və cavablandırıldı. Təlimin sonunda karyerasını İT sahəsi üzrə qurmaq istəyən şagirdlərə ödənişsiz tərslər təklif edildi.
Layihə rəhbəri Bərdə rayon Qarayusifli kənd tam orta məktəbin İnformatika müəllimi Cəmilə Camalzadə
Layihənin təlimçisi Neftqazelmitədqiqatlayihə İnsitutunun mühəndisi və eyni zamanda DİA, BMU, UNEC univeristetlərinin müəllimi Nail Məmmədovdur.