Media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır - Əhməd İsmayılov

Media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır - Əhməd İsmayılov

Media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

Azadmediatv.com xəbər verir ki, bu haqda  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 6-da keçirilən iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxışında deyib.

Ə.İsmayılov qeyd edib ki,  jurnalistlər media reyestri olmadan da fəaliyyətlərini  davam etdirə bilərlər:

“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, - deyə Əhməd İsmayılov vurğulayıb.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR