Zeynəb Dostəliyevanın son fotosu yayılıb

Zeynəb Dostəliyevanın son fotosu yayılıb

Fevralın 5-də dünyasını dəyişən müğənni Zeynəb Dostəliyevanın son fotosu yayılıb.


Azadmediatv.com xəbər verir ki,  son günlərində  böyrək və qaraçıyər çatışmazlığından əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilən müğənni Zeynəb Dostəliyeva gözlənilmədən vəfat edib.

Mərhumla vida mərasimi N.Dostəliyevanın evində keçirilir.

Mərhumla bağlı açıqlama verən xalq artisti bildirib ki, Z.Dostəliyevanın vəziyyəti  qənaətbəxş olub:

"Həkimlər yaxşı baxırdı. Dərmanlar böyrəklərinə təsir etdi. Ötən gün səhər zəng etdilər ki,onun  böyrəkləri fəaliyyətini dayandırıb. Sağalacağına inanırdıq. Məni öpüb, qucaqladı. Dedi ki, "Bacı mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?". O, hər zaman qədrimi bilirdi. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən ağladı". 

Müğənni Sənqəçal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, o, Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevanın bacısıdır.

Azadmediatv.com