FHN-nin çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB

FHN-nin çevik qüvvələri Türkiyədə zəlzələ bölgəsinə yola düşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Azadmediatv.com xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

*********

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 6-da  səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri hadisə yerinə  yola düşüb.

Нет описания.

Azadmediatv.com xəbər verir ki, xilasetmə qüvvələrini aparan iki təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş edib.

İlkin olaraq qardaş ölkəyə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri yola düşüb.

Azadmediatv.com 





OXŞAR XƏBƏRLƏR