İlkin Süleymanovun məhkəmə prosesindəki prokuror mükafatlandırılıb

İlkin Süleymanovun məhkəmə prosesindəki prokuror mükafatlandırılıb

Fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qalibləri müəyyən edilib.

Azadmediatv.com xəbər verir ki,“İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, Müşviq Rəhimov Gəncə Ağır Cinayətlər Məhkəməsində Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun məhkəmə prosesində dövlət ittihamçısıdır.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR