Oqtay Əliyev  qəfil ürək tutması nəticəsində idarəetməni itirib - RÖVŞƏN TAĞIYEV

Oqtay Əliyev qəfil ürək tutması nəticəsində idarəetməni itirib - RÖVŞƏN TAĞIYEV

 Martın 22-də  saat 18:15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Nəticədə Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı, 10-LK-909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü O.Əliyev hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişinlərdən Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

Azadmediatv.com-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə. M.Zəkiyə  zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

"Hadisə nəticəsində xəsarət alan digər sərnişin Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilib.

İlkin məlumata görə hədisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olub".

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR