Oqtay Əliyevin dəfn tarixi və yeri bəlli oldu
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Azadmediatv.com xəbər verir ki, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıblar.
Yaxınlarının verdiyi məlumata görə, Oqtay Əliyev martın 23-də səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, hadisə martın 22-də axşam saat 18:15-də Abşeron rayonu ərazisində baş verib.
Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Azadmediatv.com