Əvəz Zeynallı məhkəmədə od püskürdü

Əvəz Zeynallı məhkəmədə od püskürdü

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Azadmediatv.com
xəbər verir ki, hazırlıq iclsında zərərçəkmiş Ruslan Vəliyev iştirak etməsə də, təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiləşdirilərkən cinayət işi üzrə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin böyük prokuroru Eldar Həmzəyev Ə.Zeynallıdan onun vəzifəsinin nə olduğun soruşub.
Ə.Zeynallı özüü rəqsirli bilməyib bildirib ki, bu cinayət işinin bir səhifəsində də həqiqət yoxdur: "Bu məhkəmə prosesi, ümmiyyətlə, olmamalıdır. Məni buraya vəzifəli şəxs kimi gətiriblər. Mən vəzifəli şəxs deyiləm. Nəynən məşğul olmuşam, bilmirəm. Şahidlərin siyahısı ittiham aktında yoxdur. Yayım Evini son bir ayda gənclər xahiş etdi ki, yaradaq. Bir MMC olsun ki, Əvəzi oraya yapışdıraq.  Mən ilk dəfə həbs olunanadək "Xural" qəzetinin baş redaktoru olmuşam. Hamı birləşib "Xural" qəzetini bağlatdırdı. İndi yalnız "Xural" saytı var. Baxıram ki, məhkəmə zalına mətbuat nümayəndələri və prosesi izləmək istəyən digər vətəndaşlar buraxılmayıb, prosesin daha böyük zalda keçirilməsini tələb edirəm. Qoyun, hər kəs bu zalda nələrin baş verdiyinin şahidi olsunlar".
Daha sonra  Əvəz Zeynallının, həm də Elnur Şükürovun vəkilləri vəsatətlərlə çıxış ediblər.

Müdaiə tərəfinin vəsatətlərində  təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsi, seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyiblər. Müdafiə tərəfinin digər vəsatətləri isə təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi və iclasın tutumu daha böyük olan zalda keçirilməsi ilə bağlı olub.

Təqsirləndirilən Elnur Şükürov bildirib ki, onu Əvəz Zeynallının əleyhinə ifadə verməkdən imtina etdiyinə görə cəzalandırıblar. Buna görə də özünü "Əvəz Zeynallının əsiri" adlandırıb: "Mən Əvəz Zeynallının əsiriyəm, qardaşlarım isə mənim. Bu gün qarrdaşlarım mənə görə təqiblərə məruz qalıblar".
E.Şükürovunun hüquqlarını müdafiə edən Ramil Əliyev bildirib ki, hələ bir ay bundan əvvələdək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olmuş, bu yaxınlarda isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi vəifəsinə təyin edilmiş Mehman Hümbətov (azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham edilən İlkin Süleymanovun ittiham aktını da Mehman Hümbətov tərtib edib - red:) Elnur Şükürovdan Əvəz Zeynallının əleyhinə ifadə verməsini tələb edib: "O mənə dedi ki, Elnur Şükürov Əvəz Zeynallının üzünə durmalıdır, yoxsa həbs olunacaq. Mən də dedim ki, bir neçə dəqiqə vaxt verin, bu barədə Elnurla danışım. Vaxt verildi, lakin Elnur Şükürov əvəzin üzünə dayanmaqdan qəti şəkildə imtina etdi. Bundan sonra Mehman Hümbətov müstəntiq Teymur Qarayevin yanına gəldi. Dedi ki, "bunlar adam dilində başa düşmürlər". Göstəriş verdi ki, Elnurun həbsiylə bağlı sənədləri hazırlasınlar".
Təqsirləndirilən Ə.Zeynallı bütün bunlardan yalnız proses zamanı xəbər tutduğunu bildirib: "Möhtərəm hakim, xahiş edirəm Elnuru dərhal azad edin. biz göygözlü sarısaçlı məmurların sifarişylə həbsdəyik, bunu anlayıram. Lakin günahsız birinin mənə görə həbsə atdırılmasına razı ola bilmərəm".
Ə.Zeynallı və E.Şükürovun müdafiəçiləri onların  ev dustaqlığına buraxılmaları üçün  vəsatətlər qaldırıblar: "Biz dəfələrlə ev dustaqlığı ilə bağlı məhkəməyə vəsatətlər vermişik. Necə olur, milyonlarla yeyinti və rüşvətdə ittiham olunan gömrük generalları buraxıla bilər, bunlar yox?. Ə.Zeynallı xəstədir, şəkərdən, yüksək təzyiqdən və hər ikii göündə katarakdan əziyyət çəkir. O, təcili əməliyyat olnmalıdır".

Əvəz Zeynallının vəkili Aqil Layıc  vəsatət qaldıraraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətovun barəsində xüsusi qərar çıxarılmasını tələb edib. 

Əvəz Zeynallı sözügedən vəsatətə münasibət bildirərkən daha bir nüansa da  fikir bildirib:   “Məni vəkilim Elçin Sadıqovla birlikdə tutublar, eyni maddələrlə ittiham olunuruq. Bəs indi hardadır Elçin? Niyə tutulmuşdu? Elçin vəkilim olub, mən 15 il onunla fəxr etmişəm, axırı gəldi belə oldu. Elçin ifadəsində deyib ki, mən danışmaması və yazmaması üçün Rasim Məmmədovun arvadından pul alıb Əvəzə vermişəm. Baş prokurorun müavini Elçin Məmmədov Elçin Sadıqova dedi ki, Əvəzin əleyhinə ifadə ver get, o deyiləni edib getdi. Sonra da onu aradan çıxardılar. Elçinin işində yazıblar ki, Əvəz Zeynallı vəzifəli şəxs olmadığına görə, rüşvət ala bilməz. Bəs indi necə oldu ki, hazırda mən vəzifəli şəxs kimi mühakimə olunuram? Bu cinayət işi komediyadır. Mən çox danışdığıma görə həbs edilmişəm, özü də həddindən çox danışdığıma görə... Bu gün 189 gündür ki həbsdəyəm. Elə bil Karlosu tutublar... Fərziyyə ilə cinayət işi açıblar. Məni yaşılbaş sonalar əsir alıb”.

Dövlət ittihamçısı bu məsələyə qısa münasibət bildirib: "Elçin Sadıqovla bağlı cinayət işi ayrılıb, hazırda istintaqı davam etdirilir".

Ə.Zeynalı dövlət ittihamçısına xitabən bildirib ki, Baş Prokurorluq bir dövlət qurumu olaraq ləğv edilməlidir. E.Həmzəyev isə öz növbəsində Əvəz Zeynallının Baş Prokurorluğun fəaliyyəti barəsində səsləndirdiyi tənqidi fikirlərin həqiqətə uyğun olmadığını və onu təmsil etdiyi qurumu təhqir etməkdən çəkinməyə çağırıb: "Əvəz Zeynalov, cinayət işiylə bağlı kifayət qədər sübutlar var, məhkəmənin gedişatında videogörüntülər də nümayiş etdiriləcək, hər şey ortaya çıxacaq".

Əvəz Zeynallı dövlət ittamçısının istehzalı cavabına da istehayla münasibət bildirib: “Əlinizdə heç bir  şey yoxdur, o dediyiniz  video əlinizdə olsaydı, bu neçə ayda ortaya qoyardınız”.

Prokuror qaldırılan bütün vəsatətlərin rədd edilməsini, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verilməsini istəyib.

Prosesin gedişində o da məlum olub ki, ittiham olunan Elnur Şükürovla bağlı cinayət işində Bakının Sabunçu rayonunun icra başçısı Adil Vəliyev, Suraxanı rayonunun icra başçısı Əziz Əzizov və Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.

Prokuror qaldırılan bütün vəsatətlərin rədd edilməsini, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verilməklə cinayət işinin baxışa təyin olunmasını istəyib.

Məhkəmənin qərarı ilə prosesin geniş zalda keçirilməsi ilə bağlı vəsatət təmin edilib. Təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsi və həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qaldırılan vəsatətlər isə rədd olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətovla bağlı xüsusi qərar qəbul olunması ilə bağlı vəsatət bu mərhələdə baxılmamış saxlanılıb.
Qeyd edək kii, Əvəz Zeynallı və Elnur Şükürov 2022-ci il sentyabrın 10-da saxlanılıblar. Onlar rüşvət, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və başqa əməllərdə ittiham edilirlər. Lakin onların heç biri özünü təqsirli bilmir.

Ə.Zeynallı prosesdə sifarişlə həbs olunduğunu bəyan edərək deyib ki, həbsində məqsəd onu susdurmaqdır.


İş üzrə baxış iclası aprelin 10-na təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun  yaydığı məlumata görə, bu qurumn İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova  5 epizod üzrə - AR CM-in 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
 Prosesdə ABŞ səfirliyinn və  Avropa İtifaqının  nümayəndələri monirorinq aparırdı.
Gülnaz Qənbərli
Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR