Pərviz Abbasovu vaxtından əvvəl həbsdən çıxaran səbəb
“Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov vaxtından əvvəl həbsdən çıxıb.
Azadmediatv.com xəbər verir ki, o, Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad edilib. Belə ki, məhkəmə P. Abbasova cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək, ona təyin olunmuş 3 il həbs cəzasının üçdə iki hissəsinin başa çatmasını əsas götürürək, vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.
Qeyd edək ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə isə 3 ilə endirib.
Azadmediatv.com