Zülfüqar Hüseynzadə  səhər saatlarında  Kəlbəcərdə vəfat edib

Zülfüqar Hüseynzadə səhər saatlarında  Kəlbəcərdə vəfat edib

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə iyunun 18-də səhər saatlarında  Kəlbəcərdə vəfat edib.

Azadmediatv.com
xəbər verir kii, bu haqda  Musavat.com  məlumat yayıb. Belə ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin səhərə yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Qrud edək ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar Hüseynzadə də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 

Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. 

Allah rəhmət eləsin...

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR