"Qiymətlərin qaldırılmasıyla bağlı deyilənlər şaiyədir" - BƏXTİYAR MƏMMƏDOV

“Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir".

Azadmediatv.com-un xəbəinə görə, bu haqda mətbuata  açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, son vaxtlar metroda geniş haqqının artacağı ilə bağlı yayılan məlumatlara şaiyədir: “Bu məlumatlar şaiyədir və əmin olun ki, Tarif Şurası müvafiq qərarı elan etməyənədək elə şaiyə olaraq da  qalacaq. Ümumiyyətlə, "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə, Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik və ictimaiyyətə müvafiq məlumatları mütləq çatdıracağıq”, - deyə o, qeyd edib.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR