Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümüdür
İyulun 2-si Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü günüdür.
Azadmediatv.com xəbər verir ki, 1998-ci ildə Azərbaycanın III Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polisi Günü elan olunub.
Qeyd edək ki, Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyunun 6-sı hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınıb.
24 may 1998-ci ildə isə Azərbaycan Respublikasının III Prezidenti Hetdər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. Belə ki, 1918-ci ildə ADR-inı Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün "Azərbaycan polisi günü"— 2 iyul elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Xatırladaq ki, Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin 28 may - 17 iyun tarixilərində - 20 gün bu vəzifəni tutub. Xalq Cümhuriyyəti dövründə daha 5 nəfər bu vəzifəni icra edib.
AXC dövrünün daxili işlər nazirlərindən Fətəli Xan Xoyski Tiflisdə "Daşnaksutyun" partiyasının üzvləri tərəfindən qətlə yetirilib (1920-ci il 19 iyun). Behrud xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni Misak Torlakyan tərəfindən öldürülüb. Nəsib bəy Yusifbəyli 31 may 1920-ci ildə Kürdəmirdə, Məmmədhəsən Hacinski 8 mart 1931-ci ildə Tiflisdə qətlə yetirilib. Mustafa ağa Vəkilov 1943-cü ilin 30 aprelində sürgündə vəfat edib.
Xəlil bəy Xasməmmədov isə 1945-ci ildə İstanbulda dünyasını dəyişib. O, AXC-nin süqutunu Türkiyədə öyrənib. Həmin vaxt o, qardaş ölkəyə yenicə səfir təyin edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirləri
1. Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28 may 1918 - 17 iyun 1918)
2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918- 26 dekabr 1918)
3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)
Azərbaycan SSRİ-nin daxili işlər nazirləri
1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)
Müstəqil Azərbaycanın daxili işlər nazirləri
Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994-20.06.2019)
Eyvazov Vilayət Süleyman oğlu (20.06.2019)
Azadmediatv.com kollektivi Azərbaycan Polisini bu əlamətdar gün münasibətilə təbrik edir!
Azadmediatv.com