Dilarə Əsgərova: Niyə Azərbaycan tərəfdən məhkəmə ilə hec kim maraqlanmir?"
İranda casusluq ittihamı ilə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.
Azadmediatv.com həmin müraciətin mətnini olduğu kimi təqdim edir:
"Hörmətli media nümayəndələri, ölkənin tanınmış şəxsləri, dostlarım, qohumlar! Paylaşın xahiş edirəm!
Hörmətli nazir, cənab Ceyhun Bayramov! 4 aydan yuxarıdir oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur: məhkəmədə fars dilində dindirilir və sair. Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən nə də İran tərəfdən vəkillə təmin olunmayıb. O cinayətkar olduguna görə həbs olunsaydi, hec kimə ağız açmazdım, deyərdim zəhmət çəkib, cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də Sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz: Fəridin vəkillə təmin olunmasi prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasina (cəmi iki dəfə danişmisiq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danişiğimızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə hec kim maraqlanmır) və ən nəhayət, avqustda mənim onunla görüşməyimə şərait yaradılmasina səy gostərəsiniz!
Mən inanıram ki, Siz mənim çağirişima biganə qalmayacaqsınız."
Azadmediatv.com