Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn ediləcək (YENİLƏNİB-3)
Millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.
Azadmediatv.com-a ailəsindən verilən məlumata görə, dəfn mərasimi sentyabrın 29-da İkinci Fəxri Xiyabanda baş tutacaq.
xxxxxxxx
saat 20:46
Yaxınlarının verdiyi məlumata görə millət vəkilinin cənazəsi Heydər Məscidinə aparılır.
XXXXXXXX
Saat 20:15
Qənirə Paşayeva vəfat edib.
Azadmediatv.com xəbər verir ki, millət vəkili müalicə olunduğu Mərkəzi Kliniki Xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım edib.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub. O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.
24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib.
Azadmediatv.com