Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə baxışı təyin olunub - (YENİLƏNİB-2)

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə baxışı təyin olunub - (YENİLƏNİB-2)

 

saat 11:05

 Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vaqif Xaçaturyan vəkil və tərcüməçi ilə təmin edilib. Azadmediatv.com prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Belə ki, prosesdə Vaqif Xaçaturyan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olduğu bildirilib.

Daha sonra məhkəmə təqsirləndirilənə  hüquqlarını izah edib.

İş üzrə dövlət ittihamını Baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanovun müdafiə edir.  Vaqif Xaçatryanın hüquqlarını iməhkəmədə vəkil Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçaturyan vəkilə etiraz etməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.  Prosesdə tərəflərə hüquqları izah edilib.

Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxışında qeyd  edib ki, işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini tələb edir. 

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib

xxxxxxx

Bu gün saat 10:00-da Yasamal Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə Xocalının Meşəli kəndində soyqırım törədənlərdən biri - Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəməsi başlayır.

Azadmediatv.com xəbər  verir ki,  Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmaması səbəbindən  hazırlıq iclası  Yasamal rayon Məhkəməsində baş tutacaq.

Belə ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım cinayəti törədənlərdən biri də Vaqif Xaçaturyandır. İş üzrə zərəçəkmiş qismində  58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Nəzərinizə çatdıraq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində, ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.

Qeyd edək ki, 2013-cü il noyabrın 12-də Vaqif Çərkəzoviç Xaçaturyanın barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım törətmə) və 107-ci  (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 2013-cü il  noyabrın 14-də  Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

Vaqif Çerkezoviç Xaçaturyan 2023-cü il iyulun 29-da səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyətkən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub. Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi ilə bağlı Vaqif Xaçaturyanla üzləşdirilənlərdən biri də Azərbaycan ordusunun hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Azay Kərimovdur. Bu barədə Azay Kərimov bloqunda  məlumat verib. Azay Kərimov bildirib ki, Vaqif Xaçaturyan Bakıya gətirildikdən sonra DTX-dan onunla əlaqə saxlanılaraq görüşüblər. Ondan Vaqif Xaçaturyanı tanıyıb-tanımadığını soruşublar: “Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Xankəndidə ermənilər ona Vladik deyirdilər”. Daha sonra əlamətlərini soruşublar. Azay Kərimov bildirib ki, Vaqif Xaçaturyanın sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır. Bundan sonra polkovnik Azay Kərimov DTX əməkdaşları ilə Badamdara hospitala gediblər və baxış kecirilib. “Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə 4 nəfər silahdaşı ilə birlikdə həbs etmişdik. Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi”-, deyə Azay Kərimov vurğulayıb. Onun sözlərinə görə, Vaqif Xaçaturyan "Meşəli faciəsi"nə kimi Xankəndidə yaşayan 30 min azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarından biri olub. “O, Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində milli münaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı. 3 aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokuror və müstəntiqlər böyuk pul qarşılığında satıblar. Vaqif özü belə dedi” - deyə polkovnik qeyd edib. Azay Kərimovun sözlərinə görə, o zaman buraxıldıqdan 9 ay sonra Vaqif dəstəsi ilə Meşəli faciəsini törədib, 25 nəfər sakini öldurüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb. “Vaqif öz dilindən başqa Azərbaycan və rus dillərində sərbəst danışır. Dünənki üzləşmədə Vaqif Meşəli sakinləri olan 3 nəfəri barmaği ilə göstərərək onları tanıdığını, onların həmişə ermənilərə işlədiklərini, ermənilər ilə oturub-durduqlarını, həmişə ermənicə danışdıqlarını, ermənilərlə həmişə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini göstərdi. Bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır”-, deyə Azay Kərimov açıqlamasında vurğulayıb. Vaqif müstəntiqə həmin Meşəli sakinləri ilə danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində oxuyub. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.

Qeyd edək ki, Vaqif Xaçaturyana elan olunmuş maddələr AR Cinayət Məcəlləsinin Sülh və insanliq əleyhinə cinayətlər fəslinə daxildir. Soyqırım adlanan 103-cü maddə (hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

107-ci maddəsi ilə (Əhalini deportasiya etmə və ya məcburi köçürmə, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadıqda, əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə keçirilib YENİLƏNİB

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə keçirilib YENİLƏNİB

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə keçirilib YENİLƏNİB

Vaqif Xaçaturyan məhkəmə zalına gələndə ağlayıb | | Xural qəzeti

Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə keçirilib YENİLƏNİB

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR