"Unutmayaq ki, qida təhlükəsizliyi hamının işidir” - SAHİL BABAYEV

7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müraciəti ilə başlayan kampaniyaya əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də qoşularaq qida təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb.

Azadmediatv.com-un xəbərinə görə,  S.Babayev müasir dünyada qida təhlükəsizliyinin sağlam həyat tərzinin və sosial rifahın önəmli olduğunu bildirib. S.Babayev bu səbəbdən hər kəsi bu vacib məsələyə öz töhfəsini verməyə çağırıb: “Unutmayaq ki, qida təhlükəsizliyi hamının işidir”. Nazir çıxışının sonunda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qida təhlükəsizliyi ilə bağlı kampaniyada iştiraka dəvət edib.

Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR