Zəfər günün mübarək, AZƏRBAYCAN! - (YENİLƏNİB - 3)
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Azadmediatv.com xəbər verir ki, yürüşdən əvvəl Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi orkestrlərin müşayiəti ilə dörd marşrut üzrə - Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, "AMAY" Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, "Alov Qüllələri" Kompleksi, "İçərişəhər" metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, "Olimpik Star" İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti istiqamətləri üzrə hərbçilərin yürüşü keçirilib, hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.
Qeyd edək ki, belə yürüşlər Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə keçirilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edib.
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Gülnaz Qənbərli
Azadmediatv.com