Hafiz Babalı  bu səbəbdən saxlanılıb

Hafiz Babalı bu səbəbdən saxlanılıb

Dekabrın 13-də günorta saatlarında "Turan" İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb.

Azadmediatv.com xəbər verir ki, H.Babalının yaşadığı evdə axtarış aparılıb. Onun “Abzas Media  Platforması” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Yaxınlarının sözlərinə görə,  dekabrın 13-də günün ikinci yarısı Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalistin Sumqayıtdakı mənzilində axtarış aparıb, sonra isə onu özləri ilə aparıblar.

O, bundan əvvəl "Abzas Media" işi ilə bağlı şahid qismində istintaqa çağırılıb.

Qeyd edək ki, H.Babalının saxlanılması ilə bağlı məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  təsdiqləyib.

Xatırladaq ki, bundan  öncə sözügedən saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və əməkdaşı  Nərgiz Absalamova qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR