Meyiti çaydan tapılan qadının kimliyi bilinib
Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.
Azadmediatv.com xəbər verir ki, bu haqda Polşanın “Vorslav” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, A.Mehdiyevanın cansız bədəni Oder çayında aşkarlanıb. Belə ki, su polisi şöbəsinin əməkdaşları fevralın 3-ü saat 16 radələrində Oder çayından qadının meyitini çıxarıblar.
Polis rəsmisi Alexandra Freisin sözlərinə görə, hazırda şəxsiyyətin müəyyənləşdirmə prosesi aparılır. “Meyit tapılan yerdə, Osobovitsidəki hərbi hissənin yaxınlığında, prokurorluğun istintaq qrupu işləyir”-, deyə polis əlavə edib. Qeyd edək ki, körpənin taleyi barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, 28 yaşlı Adilə Mehdiyeva 2023-cü il dekabrın 17-də iki aylıq körpəsi ilə birlikdə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.Həmin gündən ailəsi və dostları onunla əlaqə saxlaya bilməyiblər. Bir ildən çoxdur ki, Polşada işləyən Adilə Mehdiyeva polyak dilini pis bilib, ingilis dilində ümumiyyətlə danışa bilməyib.
Hazırda onun Azərbaycandakı yaxınlarıyla daimi əlaqə saxlanılır. Onun cəsədinin tapılması haqda yaxınlarına məlumat verilib. İki aylıq körpənin axtarışları isə davam edir.
Azadmediatv.com