Alparslan Türkeşin anım günüdür

Alparslan Türkeşin anım günüdür

 

Aprelin 4-ü Türk dünyasının böyük şəxaiyyəti, bozqurdlarınl ideri Alparslan Türkeşin anım günüdür! Sevgi ilə anırıq! Azərbaycan Bozqurdlarının lideri, sabiq daili işlər naziri, general İsgəndər Həmidovun dəvətiylə onun Bakıya gəlişini heç unutmadıq!

Azadmediatv.com xəbər verir ki, Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir.Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 9 aydan artıq bir müddətdə Topxana Hərbi həbsxanasında saxlanılır. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır.1955-cildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-yə göndərilir. Türkeş orda piyada məktəbində təhsilini alır. 1955–1957-ci illərdə Vaşinqton NATO Daimi Nümayəndəliyində türk ordusunu təmsil edən heyətin tərkibində yer alır. Eyni zamanda, Türkiyənin Vaşinqtonda olan Hərbi Akademiyasında yüksək vəzifələrdə çalışır. 1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur. Dövlət çevrilişində iştirakı redaktə 27 may 1960-cı ildə Demokrat Partiyası hökumətini devirən xuntanın daxilində yer almışdır. Həmin gün radio vasitəsilə çıxış edən Türkeş baş verən hadisələr haqqında ictimaiyyəti məlumatlandırmışdır. Daha sonra o dövləti müvəqqəti olaraq idarə edən Milli Birlik Komitəsinə (MBK) daxil olmuşdur. MBK daxilində gedən münaqişlər sözügedən təşkilatın bölünməsi ilə nəticələndi. MBK üzvü olan 14 hərbçi ölkə xaricində müxtəlif vəzifələrə göndərildi. Alparslan Türkeş də bu qrupun içində idi. 1963–1980-ci illər arasında 4 çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir.

O, 1997-ci ildə Ankarada vəfat etmişdir.

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR