"Turizm yönümlü icma quruculuğu” layihəsi maarifləndirir
İyunun 16-da İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində "Turizm yönümlü icma quruculuğu” layihəsi ilə qalib olmuş “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən layihədə nəzərdə tutulmuş növbəti tədbiri həyata keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd turizm yönümlü icma quruculuğu, turizmin ətraf aləmi dağıtmasının, ekologiyaya zərər verməsinin qarşısını almaqdır. Layihədə insanlara təbiətə qayğı ilə sayahət etmək, ekoloji sistemin qorunmasında və zərərin azaldılmasında insaların rolunu artırmaq, davamlı turizmə dəstək olmaq, icma şəklində fəaliyyət göstərməyin əhəmiyyəti və qaydalarının öyrədilməsi məqsədi ilə “Ekoturizm məktəbi” təşkil edilib.
Tədbirin ecazkar təbiətli İsmayılli rayonuna səyahət edərək əyani şəkildə keçirilməsi iştirakçıların mövzuya daha dərindən hakim olmasına yardımçı olub.
Layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının dosenti, ekoloq Arzu Mustafayev mövzunun daha dərindən mənimsənilməsi məqsədi ilə iştirakçılarla birgə Şahdağ Milli Parkının İsmayıllı hissəsinə səyahət edərək, milli parklar haqqında daha əhatəli məlumat verib.
Layihənin rəhbəri Nərminə Qəribova çxışında gənclərin ekoloji düşüncəsini formalaşdırmaq üçün təbiət qoynuna səfərlərin artırılması və bu kimi tədbirlərin davamlı keçirilməsinin zəruri olduğunu bildirb.
Layihənin işçi qrupu və iştirakçıları layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiribilər.
Azadmediatv.com