Cinayətini etiraf edən Əhməd Əhmədov ifadə verməkdən niyə imtina edib?
İyulun 4-də Bakıda ailə üzvülərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azadmediatv.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə prosesdə baxış iclası olub. Dövlət ittihamçısı iittihamı elan edib.
Təqsirləndirilən Əhməd Əhmədov törətdiyi cinayət əməlini etiraf edib.
O, özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib. Lakin ifadə verməkdən imtina edib: ""Qətli mən törətmişəm. İttihamları qəbul edirəm. İfadə vermək istəmirəm".
Qeyd edək ki, Ə.Əhmədova ARCM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Proses iyulun 23-də davam edəcək.
Azadmediatv.com