Hakim ölüm aclığına oturan məhkumu fikrindən belə daşındırıb

Hakim ölüm aclığına oturan məhkumu fikrindən belə daşındırıb

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.

Prosesə sədrlik edən Leyla Əsgərova-Məmmədova bildirib ki, məhkumlardan Əli Eybatov məhkəmənin sonunadək aclıq aksiyası keçirəcəyi ilə bağlı kollegiyaya müraciət ünvanlayıb. Müraciətdə qeyd edilib ki, o, sentyabrın 10-dan müddətsiz aclıq aksiyası edir. Hakim Ə. Eybatovun aclıq aksiyasını dayandırması üçün bildirib ki, proses bir neçə ay davam edə bilər, həmin müddət boyunca isə onun orqanizmi buna tab gətirə bilməz: “Hər həftə proses keçiriləcək, siz ifadə verib, məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırmalısınız. Məsləhət görürəm ki, aclığı bu gündən dayandırasımız”. Daha sonra Ə. Eybatov məhkəmədə ifadəsinə başlayıb. O, bildirib ki, mərhum Səbuhi Əhmədliylə eyni məktəbdə oxuyub və yaxın münasibətləri olub: “Öncə Səbuhinin prosrsdə iştirak edən yaxınlarından və ailə üzvlərindən üzr istəyirəm. Səbuhi məni bıçaqla vurub, pnevmatik silahdan atəş açmışdı. Məqsədim onu öldürmək yox, qorxutmaq idi. Təəssüf ki, bu onun ölümünə səbəb oldu. Mən könüllü olaraq, təslim olmuşam. Məhkəmədən işə ədalətlə baxmasını xahiş edirəm”.

Elə prosesdəcə Ə. Eybatov məhkəmənin tövsiyyəsini dəyərləndirib, aclıq aksiyasını dayandırıb.

Proses oktyabrın 7-də davam edəcək.

Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib. Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.

Gülnaz Qənbərli

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR