Aybəniz Haşımovadan Üzeyir Hacıbəyov ruhuna yüksək ehtiram - Sənət Akademiyası tələbələrinin unudulmaz təqdimatı
Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli sənətkar Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.
Azadmediatv.com xəbər verir ki, gənc ifaçılar dahi bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar və operettalardan maraqlı kompozisiyalar təqdim ediblər.
Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib.
Konsert proqramını Mədəniyyət Nazirliyinin təmsilçiləri, tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiyyət nümayəndələri və media mənsubları da izləyiblər.
Qonlaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-nin İdarə Heyətinin üzvləri də olub. TAİB sədrinin müavini Eyvaz Hümbətov Aybəniz Haşımovaya İctimai Birliyin Fəxri diplomunu təqdim edib.
Konsert proqramından sonra Sənət Akademiyasının tələbələri Fəxri Xiyabanda Üzeyir Hacıbəyovun məzarını ziyarət ediblər.
Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.
Azadmediatv.com