"Dvizyona gələn qonaqlar üçün qadınların vəsaiti hesabına ərzaq alınaraq yemək hazırlanırdı" - MÜRACİƏT
N saylı hərbi hissənin 3-cü divizionun mülki işçisi, əsgər yeməkxanasının xidmətçisi Mustafayeva Elnarə Məhəmməd qızı çalışdığı xidmətdə baş verən neqativ hallar və pozulmuş hüquqlarının araşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin sədrinə, müraciət ünvanlayıb.
Azadmediatv.com xəbər verir ki, 27 il qüsursuz xidmət etdiyini Ali Baş Komandan tərəfindən 6 dəfə orden və medallarla təltif edildiyini deyən E. Mustafayeva müraciətində bildirir ki, dəfələrlə müqavilə şərtlərinə zidd olan hərəkətlərə məcbur edilib. Belə ki, hərbi hissənin 3-cü divizionun mülki işçiləri, əsgər yeməkxanasının xidmətçiləri i rəhbərliyin şəxsi qidasını təmin etmək üçün saysız-hesabsız bazarlıqlar edib, hər həftənin 1-ci günləri polkovnik Lətif Mahmudov üçün sifarişlə cürbəcür yeməklər hazırlamaq məcburiyyətində qalıblar. Onun sözlərinə görə, hərbi hissədə çalışan qadınların hesabına sifarişlə xəngəl, beçə qızartması, xaş, dolmalar. cürbəcür mürəbbə və tutmalar, pizza və daha nələr nələr hazırlanırmış.
E. Mustafayeva bildirir ki, bütün bunlara etiraz etdiyinə görə, ona əsgərlərin ayaqyolusunu təmizlətdiriblər. Müraciəti olduğu kimi təqdim edirik.
Müraciətdə deyilir:
“Cənab Ali Baş Komandan,
Mən - 2020-ci ilin avqustundan istefada olan kiçik çavuş Mustafayeva Elnarə Məhəmməd qızı 26 təqvim ili Qüsursuz Hərbi Xidmət keçmişəm. Sizin adınızdan hərbi xidmət dövründə 6 medalla təltif olunmuşam. Silahlı Qüvvələr Veteranıyam. İstefaya Hərbi Hava Qüvvələrinin, hansı ki, Polkovnik Lətif Mahmudovun komandiri olduğu N saylı hərbi hissədən buraxılmışam. 15.02.2021-ci il hərbi hissə komandiri polkovnik Lətif Mahmudovla Əmək Müqaviləsi imzalayaraq, 3-cü dvizyonun əsgər yeməkxanasında mülki işçi kimi xadimə işinə qəbul olmuşam. 4 il 1 ay 1gün xadimə kimi işləmişəm. Xəstəliklə bağlı bülletendə olduğum vaxt yəni, 24.03.2025-ci ildə əmək müqaviləmə işə götürən, yəni, N saylı hərbi hissə komandiri Lətif Mahmudov tərəfindən qərəzli şəkildə artırılmayaraq xitam verilmişdir. Cənab Ali Baş Komandan, Sizə məruzə edirəm ki,, polkovnik Lətif Mahmudovun mənə qarşı qərəzli mövqeyi hardan qaynaqlanıb. Belə ki, mənim yeməkxanada xadimə olduğum 3-cü dvizyonda 2 ilə yaxındır ki, Qazan Təminatı yoxdur. Demək olar ki, 2 il ərzində üst-üstə 5 ay təminat ola-olmaya, 3-cü dvizyonun komandiri mayor Qarayev Şahin uzun müddət qazan təminatı olmadığına görə, dvizyona gələn qonaqlar üçün biz qadınların vəsaiti hesabına ərzaq alınaraq yemək hazırlanmasını üzərimizə qoymuşdur. Gələn yoxlamaların sayına nəzərən pul xərcləyib ərzaq alaraq yemək hazırlayırdıq. Dvizyon komandiri mayor Şahin Qarayev elə bil xof yaratmışdır ki, sizləri təminat olmadığına görə ştatlarınızı ləğv elətdirib, yeməkxananı bağlatdıraram və ya öz hesabınıza məzuniyyətə göndərəcəm. “Zampolit” tərəfindən bizə çatdırılırdı ki, sizlərə 25 % pul mükafatı düşmür, komandir sizlərə hörmət edir. Qadınlar da neynəsin, aldıqları 350-400 manat maaş idi, qorxurdular ki, işsiz qalarlar. Ancaq xərc çəkdiklərinə görə arxada deyinirdilər, üzdə çəkinirdilər ki, işsiz qalarlar. Onu da qeyd edim ki, dəfələrlə saysız-hesabsız, hər həftənin 1-ci günləri polkovnik Lətif Mahmudov üçün sifarişlə cürbəcür yeməklər hazırlanırdı. Biz qadınların hesabına sifarişlə xəngəl də, beçə qızartması da, xaş da, dolmalar da cürbəcür, pizza və daha nələr nələr hazırlanırdı. Cənab Ali Baş Komandan, mən 26 təqvim ili hərbi xidmət dövründə 4 dəfə cərrahi əməliyyat keçirmişəm. Şəkər xəstəsiyəm. Dəfələrlə sağlamlıq durumumla əlaqəli Hərbi Hospitallarda stasionar müalicələrdə olmuşam. Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən haqqımda Sülh dövrü yararsız, Müharibə dövrü məhdud yararlı qərarı verilmişdir. Mayor Şahin Qarayev Əmək Müqaviləsinin şərtlərini pozaraq Əsgər kazarmasının ayaqyolusunu, hamam otağını və əsgər yataqxanasının hər gün biz qadınların üzərinə qoymuşdur ki, təmizləməlisiniz. Mən, sağlamlıq durumum normal olmasa da bir neçə dəfə təmizlədim. Axırıncı dəfə yenə təmizlik işini ayaqyolunda aparanda xlor və netin iyisi məni vurdu və halım pisləşdi. Mən səhəri gün Gəncə şəhər Xəstəxanasına getdim, rentgen olundum, bronxlarıma görə həkim dərman resepti yazdı. Dəqiq yadımda deyil, hardasa 80 azn dərmanlara pul xərclədim. Səhhətimlə əlaqəlii Gəncə Abbas Səhhət adına xəstəxanada burun-boğaz həkiminə də getdim, bir neçə manatlıq dərman resepti yazdi və aldım. Sonra yenə işə növbəyə gedəndə dvizyonun gün növbətçiləri gəlirdi ki, mayor Şahin Qarayevin əmridir, gəlin əsgər yataqxanasında ayaqyolunu təmizləyin. Mən dedim ki, ay oğul get denən xəstəyəm, müalicə götürmüşəm, bronxlarıma görə mən ora təmizliyə getməyəcəm. Səhər növbəni 09:00-da təhvil verib, qərargahda tabelə qol çəkəndə Qərargah rəisi əvəzi b.l.t Rəşad Hacıyev mənə irad bildirdi ki, xala niyə əsgər yataqxanasında ayaqyolunu gəlib təmizləmədiniz. Mən də dedim xəstəyəm, bronxlarımda problem var, müalicə olunuram. Dedim mən oranı təmizləməliyəm ki? Bir daha mənə deməyin, mən təmizləməyəcəyəm. Ümumiyyətlə’ etirazımı bildirdim və mayor Qarayevin vəzifə səlahiyyətlərini aşaraq qanunsuz göstərişlərindən imtina etdim. Gündəlik hər növbəmizdə qərargaha göndərilən bizim hesabımıza 10-15 çaynik çay göndərilməsindən də imtina etdik, yəni mən olduğum növbə. Bundan sonra mənə qarşı qarayaxma kompaniyasına başladılar ki, sən ağızpozanlıq edirsən. Mənə bu edilən qanunsuzluqlar barədə Polkovnik Lətif Mahmudova məruzə etdim ki, belə neqativ halların qarşısını almağı haqqında tədbir görsün. Lakin mayor Qarayev təqib-təzyiqlərinə son qoymaq əvəzinə başqa-başqa üsullara əl ataraq şantajlara keçdi. 3-4 ay bundan qabaq deyərdi ki, mən onun əmək müqaviləsinə xitam verdirəcəm. Dvizyonda qadın hərbi qulluqçu MAXE Veysəlova xidmət edir. MAXE Veysəlovadan mənə qarşı təqib-təzyiq vasitəsi kimi istifadə etməyə başladılar. MAXE Veysəlova döyüş növbəsində növbə aparmalı olduğu halda, onu döyüş növbəsinə səhər qol çəkəndən sonra saat 09:00-dan 19:00-a kimi əsgər yeməkxanasına təyin etmişdilər şəxsi qulluqçu kimi. Zampolitin otağı da onun yataq otağı idi. MAXE Veysəlova əsgər yeməkxanasına gəlib qərargah üçün çay dəmləyir, aparır, gətirir, özü üçün iyrənc formada guya dietik yemək hazırlayır, yeyir, qəsdən yerə tökür, mənə qıcıqverici hərəkətlər edirdi. Mən onun bu hərəkətlərinə təmkinlə yanaşırdım. Bilirdim ki, mayor Qarayevin təlimatına əsasən belə edir ki, mənə şər və böhtan atsınlar. Elə oldu ki, Gizir Kursu oldu və yeməkxanada təminat oldu. Bizim növbədə MAXE Veysəova gəldi yeməkxanaya, özü üçün çiy yumurta gətirmişdi. İyrənc formada çiy yumurtanı qırıb içdi. Sonra da yemək bişirilən peçə söykənib saçı başı açıq. Başının tükü, qoğu yemək qazanına tökülür. Növbədə olan qadınlar ondan çəkinirlər. Mən isə onun bu hərəkətinə irad bildirdim ki, çıx çölə, onu qovdum yeməkxanadan. Bundan sonra məni təhqiqata verib şər-böhtan etdilər ki, mən MAXE Veysəlovanı təhqir etmişəm. Bunun da başında duran mayor Qarayev özüdür. Çünki mayor Qarayev söz vermişdir ki, məni cəzalandıracaq. Mən 31.01.2024-cü ildə xəstələndim işə çıxa bilmədim. Bu barədə yeməkxana rəisinə telefonla məlumat verdik. Həmin günü Bayram günü olduğundan xəstəxanalar işləmirdi. Təcili Tibbi Yardım çağırdıq və mənə tibbi yardım göstərdilər. (Arayış da var, təqdim etdim). Buna baxmayaraq mənə 3 cəza növü tətbiq etdilər və şəxsən özüm tanış oldum: töhmət, 2 günlük maaşım və 25% pul mükafatım hərbi hissənin Qərargah rəisinin əmri ilə. Dvizyon komandiri mayor Şahin Qarayevin təqib-təzyiqlərinin pik həddə çatmasından konkret olaraq bezdim və hərbi hissə komandiri Polkovnik Lətif Mahmudova rəsmi ərizə yazaraq bir daha müraciət etdim ki, bu təqib-təzyiqlərin qarşısını almağa kömək edin. Polkovnik Lətif Mahmudov isə heç bir tədbir görmədi və məndən bir kəlmə də maraqlanmadı ki, nə məsələdi və nə baş verir bu dvizyonda. Mən məcbur olub Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə yoldaşa məktub ünvanladım. Mənim ünvanladığım məktub əsasında N saylı hərbi hissədən polkovnik Sərxan Cəlilov dvizyona gəldi. Guya mənə olunan təqib-təzyiqləri araşdırmaq üçün. Məndən çağırıb heçnə soruşmadı. Yalnız həmin günü növbədə olan qadınlardan sorğu-sual ediblər. Həmi qadınlar da mayor Şahin Qarayevin təlimatına uyğun yalandan deyirlər ki, nə almışıq, nə eləmişik guya öz təşəbbüsləri ilə ediblər və ya eleməyiblər. Çünki o qadınlardan mayor Şahin Qarayevə vəkillik edənləri də var. Qadınları xoflayırlar ki, mayor Şahin Qarayev Briqadaya MTO rəisi vəzifəsinə gedir. Bax belə deyin, yoxsa sizi də işdən çıxararlar. Mən polkovnik Sərxan Cəlilova zəng etdim ki, cənab polkovnik araşdırmaya gəlmişdiz, bəs məni niyə çağırıb dinləmədiz. Mən bu barədə yuxarı istansiyalara müraciət edəcəm. Mənə deyir ki, N saylı hərbi hissənin Qərargah rəisinin əmri ilə gəlmişdik. Həmin hərbi hissənin Qərargah rəisinə müraciət edin. Həmin hərbi hissənin Qərargah rəisi general-mayor Həsən Əlövsətova güvənərək polkovnik Lətif Mahmudov dvizyon komandiri Şahin Qarayevin qanunsuz əməllərini ört-basdır edir. Mən eşidib bildiyim qədər Həsən Əlövsətov polkovnik Lətif Mahmudovun ən yaxın adamıdır və ona day-daylıq edir. Cənab Ali Baş Komandan, həyatda heç kim heç nədən siğortalanmayıb. Rütbəsindən və vəzifəsindən asılı olmayaraq, hər bir kəsin səhvi ola bilər. Bəli, mayor Qarayev mənə təqib-təzyiq göstərərək qanunsuz hərəkətlərə yol vermişdir. Bəs yoldaş polkovnik Lətif Mahmudov bunu araşdırıb yoluna qoymaq əvəzinə, 26 təqvim ili qüsursuz hərbi xidmət keçmiş, 4 il 1 ay 1 gün mülki işçi kimi xadimə işləmiş qadına qarşı olunan şər və böhtanın yanında yer aldı. Mayor Qarayev deyir ki, hərbçi təsəvvürünü yadından çıxart. Sən artıq mülki işçisən. Mən Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canını fəda etmiş Ümummilli Lider, mərhum Heydər Əliyevin əsgəri olmuşam. Ümummilli Lider mərhum Heydər Əliyevin ideyalarını həyata keçirən Sizin kimi Müzəffər Ali Baş Komandanın əsgəri olmuşam və olaraq da qalacam. Ümummilli lider mərhum Heydər Əliyevin dediyi kəlamlardan sitat gətirmək istəyirəm: “Vətən iki şeydən sarsıla bilər: Günahsıza cəza veriləndə, Günahkar cəzasız qalanda”. Bəli, mən bu günkü gündə polkovnik Lətif Mahmudov tərəfindən günahsız cəzalandırılıram. Dvizyon komandiri Şahin Qarayevin qanunsuz tapşırıqlarını yerinə yetirmədiyimə görə. Cənab Ali Baş Komandan, yuxarıda qeyd etdiyim kimi 24.03.2025-ci ildə polkovnik Lətif Mahmudov tərəfindən əmək müqaviləmə xitam verilmişdir. Bir daha qeyd edim ki, bunların mənə qarşı hərəkətləri yalan və iftiralar fonunda həyata keçirilir. Cənab Ali Baş Komandan, 26 təqvim ili hərbi xidmət keçmiş qadın hərbi qulluqçu kimi mənə olunan qanunsuz hərəkətlərin qarşısının alınaraq araşdırılmasına və işimə bərpa olunmağına göstəriş verməyinizi sizdən xahiş edirəm. Əvvəlcədən minnətdaram. Hörmətlə, Silahlı Qüvvələr Veteranı, istefada olan kiçik çavuş Mustafayeva Elnarə Məhəmməd qızıı.”