Kürdəxanıda məhbus qaynayan çaydanı başına tökərək intihar edib

Kürdəxanıda məhbus qaynayan çaydanı başına tökərək intihar edib

Aprelin 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.

Azadmediatv.com xəbər verir ki, təqsirləndirilənlərdən prosesdə Fərrux Qasımovun vəkili bildirib ki, müvəkkili saxlandığı təcridxanada intihar edib və hazırda durumu kritik ağırdır. Bu səbəbdən də prosesə gətirilməyib. F.Qasımovun vəkili onun özünəqəsd etməsinin səbəbi kimi ittihamın ağırlaşdırılmasını əsas gətirib:

“Fərrux Qasımov etmədiyi cinayətə görə həbs edilib, üstəlik, ittiham edildiyi maddələr ağırlaşdırılıb. Bütün bunlara etiraz olaraq isə müvəkkilim özünü təcridxanada yandırıb. Görün, insan nə hala gəlib ki, qaynayan suyu üzərinə tokərək, özünə qəsd edib.”

Prosesə sədrlik edən Leyla Əsgərova-Məmmədova bildirib ki, məhkumlardan Fərrux Qasımovun Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında özünə qəsd etməsini əsassız sayır. Məhkəmə heyəti bildirib ki, proses başa çatmadığından yekun qərar verilməyib. Ona görə də, müttəhimin bu cür addım atması prosesin yekunlaşmasını ləngidir.

Prosesə sədrlik edən Leyla Əsgərova-Məmmədova bildirib ki, məhkumlardan Fərrux Qasımov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında özünə qəsd etdiyi üçün proses aprelin 28-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib.

Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.

Gülnaz Qənbərli

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR