Şəhid Qubat Əliyevin ikinci övladı doğulub

Şəhid Qubat Əliyevin ikinci övladı doğulub

Vətən Müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.

Ailəsindən Azadmediatv.com-a  verilən məlumata görə,   Sumqayıt şəhər sakini, 1994-cü il  doğumlu, şəhid Qubat Əliyevin ikinci övladı doğulub. Körpəyə atasının adı verilib. Ananın və uşağın vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Q.Əliyev 2020-ci ilin sentyabrında Vətən Müharibəsi başlayarkən könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan və  Xocavəndin azad edilməsində  qəhtəmancasına döyüşüb. Bir sıra ağır əməliyyatlarda şücaət göstərib. Q.Əliyev Xocavənddən “Qırmızı bazar” istiqamətində gedən döyüşlər zamanı, Şuşa ərazisində qəhrəmancasına şəhid olub.

Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.

Azadmediatv.com

 





OXŞAR XƏBƏRLƏR