Mənsum İbrahimovun cavabı eşidənləri təəccübləndirib
Son günlər sosial şəbəkələrdə yaşlı xanəndələrin “Leyli və Məcnun” operasında baş rolları ifa etdiklərinə görə, tənqid edilən Xalq artistlərindən məsələyə aydınlıq gətirilib.
Azadmediatv.com xəbər verir ki, sözügedən opera səhnəsində “Məcnun”u oyanamağa hazırlaşan 65 yaşlı Xalq artisti Mənsum İbrahimov bildirib ki, artıq yeddi ildir fəal şəkildə səhnədə deyil:
“Leyli və Məcnun” operasında ildə yalnız bir dəfə, ustad dərsi formatında oynayıram. Bu çıxış əsasən gənclər üçündür. Səhnəni gənclərə vermişik. "Leyli və Məcnun” tamaşası bizim baş rolda çıxşımızla ildə bir dəfə, tamaşaçı tələbi ilə nümayiş olunur.
Hazırda teatrımızda təxminən 10 Leyli və Məcnun ifaçısı var. Yeni tamaşalar hazırlanır, gənc sənətçilər hər ay mütəmadi səhnəyə çıxırlar. Biz də tamaşalara gedir, onları dəstəkləyirik.
Gənc sənətçilər Mirələm Mirələmov və Kamilə Babayeva "Leyli və Məcnun"da oynamağa hazırlaşırlar. Bu tamaşa sentyabr ayında təqdim olunacaq".
Azadmediatv.com