Bu gün İsrail 11-ci prezidentini seçəcək

Bu gün İsrail 11-ci prezidentini seçəcək

İyunun 2-də İsrail Parlamentində ölkənin növbəti prezident seçkiləri keçiriləcək.

Azadmediatv.com Rusiya KİV-nə istinadən xəbər verir ki, seçiləcək namizəd iyulun birinci ongünlüyündə İsrail prezidenti Reuven Rivlini əvəz edəcək O, ölkənin 11-ci prezidenti olacaq: "İsrailin növbəti prezident seçkiləri iyunun 2-də keçiriləcək. Prezident seçkiləri Knessetin plenumunda gizli səsvermə yolu ilə baş tutacaq", - deyə, İsrail parlamentinin mətbuat xidməti mediaya açıqlamasında belə deyib.

Qeyd edək ki, İsrail prezidentliyinə iki namizəd iddialıdır. Onlardan biri 2018-ci ildən “Soxnut” Agentliyinə rəhbərlik edən İsрak Hersoq və ölkə tarixində prezident seçkilərində ikinci qadın namizəd Miryam Peresdir.

Xatırladaq ki, İsrailin hazırkı prezidenti Reuven Rivlinin səlahiyyət müddəti 9 iyulda başa çatacaq. Qanuna əsasən onun yerinə seçkilər bu tarixdən 30 gün əvvəl keçirilməlidir.

Azadmediatv.com

.





OXŞAR XƏBƏRLƏR