General vəzifəsindən azad edilib

General vəzifəsindən azad edilib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, general-mayor Rəfail Mehdiyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən Xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında isə Xidmət rəisi əvəzi təyin olunmuşdu.

Bildirilir ki, ötən ilin iyul ayında Rəfail Mehdiyev Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi. Onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindəki fəaliyyət dövrünün yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edildiyi və milyonlarla vəsaitin yoxa çıxması barədə KİV-də məlumat yayılmışdı.

Qaynarinfo





OXŞAR XƏBƏRLƏR